Bu rayonlarda ehsan ləğv olunub - SİYAHI
13 İyun 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
85
13.06.2026, 12:30
Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyli müraciətlər də daxil olub.
Bu həşərat nədir? Hansı tədbirlər görülməlidir?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu əlamətləri konkret olaraq hər hansı bir həşərat növünə aid etmək mümkün deyil:
“Çünki təsvir edilən əlamətlərə uyğun gələn bir neçə həşərat növü var. Məsələn, qansorucu həşəratlar arasında ağcaqanadların çoxsaylı növləri var və söhbət onlardan birindən gedə bilər. Həmçinin xırda sancan qum milçəklərinin də bu reaksiyalara səbəb olması mümkündür. Bitki bitləri və qanadlı qarışqalar adətən insanı dişləmədiyi üçün bu ehtimallar inandırıcı deyil. Birələr isə uyğun variantlardan biridir. Onlar əsasən ev və həyət heyvanları vasitəsilə yayılır. Taxtabitləri də ehtimal olunan növlər sırasındadır, lakin onlar uçmur, yalnız sıçrayır. Fikrimcə, müşahidə olunan güclü qaşınma, iri şişkinliklər və uşaqlarda daha ağır allergik reaksiyalar daha çox xırda sancan milçəklərin yaratdığı təsirlərə bənzəyir. Uşaqlarda bu reaksiyaların daha kəskin olması onların dərisinin və immun sisteminin daha həssas olması ilə bağlıdır”.
Ekoloq bildirib ki, iqlim dəyişikliyi də həşəratların yayılmasına ciddi təsir göstərir:
“İsti havaların daha erkən başlaması, gecələrin isti keçməsi, yağıntılardan sonra yaranan durğun sular ağcaqanadlar və digər qansorucu həşəratlar üçün əlverişli çoxalma şəraiti yaradır. Son illərdə dünyanın bir çox şəhərlərində, o cümlədən Qafqaz regionunda həşəratların aktivlik dövrünün uzandığı, əvvəllər müşahidə olunmayan bəzi növlərin isə yeni ərazilərə yayıldığı qeydə alınır. Temperatur və rütubətin artmasının qansorucu həşəratların populyasiyasını artırdığı barədə mütəxəssis xəbərdarlıqları da var”.
C.Bəxtiyarın sözlərinə görə, problemin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsi vacibdir:
“Şəhər üzrə müntəzəm dezinfeksiya proqramları həyata keçirilməli, kanalizasiya kollektorları və su hövzələri nəzarətdə saxlanılmalıdır. Yağıntılardan sonra suyun toplandığı ərazilər vaxtında qurudulmalı və durğun suların qalmasına imkan verilməməlidir. Əks halda həmin ərazilərdə həşəratların çoxalması qaçılmaz olur. Həşərat növlərinin monitorinqi və laborator şəraitdə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni invaziv növlərin vaxtında aşkarlanması üçün ekoloji nəzarət gücləndirilməli, mütəmadi monitorinqlər aparılmalıdır. Əhalinin maarifləndirilməsi istiqamətində kampaniyaların keçirilməsi də vacib tədbirlərdəndir”.
14:35 / 13 İyun 2026
1
14:20 / 13 İyun 2026
171
14:12 / 13 İyun 2026
102
14:09 / 13 İyun 2026
33
12:35 / 13 İyun 2026
62
12:32 / 13 İyun 2026
57
11:45 / 13 İyun 2026
71
11:43 / 13 İyun 2026
78
10:37 / 13 İyun 2026
105
10:34 / 13 İyun 2026
84
10:32 / 13 İyun 2026
210
00:51 / 13 İyun 2026
1310
00:39 / 13 İyun 2026
4435
00:31 / 13 İyun 2026
609
00:25 / 13 İyun 2026
119
00:18 / 13 İyun 2026
829
00:14 / 13 İyun 2026
662
00:00 / 13 İyun 2026
429
23:48 / 12 İyun 2026
82234
23:47 / 12 İyun 2026
1559
23:28 / 12 İyun 2026
151
22:38 / 12 İyun 2026
133
22:20 / 12 İyun 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.