Bakıda DƏHŞƏT: Qız ağır yaralandı,sevgilisi öldü
10 Noyabr 2026, 20:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1471
13.06.2026, 00:31
Bu gün Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə layihə sazişi imzalanıb.
Bu barədə Oxu24.com-a Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində maliyyə naziri Sahil Babayev kredit vəsaitinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq geniş hazırlıq işlərinin həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, bu, son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan ən mühüm maliyyə layihəsi olmaqla yanaşı, həm də Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kreditdir.
Öz növbəsində, AİİB-nin Nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh hərtərəfli ekoloji və sosial qiymətləndirmələrin aparıldığını, texniki-iqtisadi əsaslandırmanın işləndiyini və nəticədə layihənin AİİB-nin İdarə Heyəti tərəfindən təsdiq edildiyini qeyd edib. Eyni zamanda, cənab Sameh layihənin beynəlxalq standartlara, şəffaflıq və dayanıqlıq prinsiplərinə tam uyğun olduğunu vurğulayıb.
Qeyd edək ki, 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il müddətinə imzalanmış sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.
Layihənin icrası şəhər sakinlərinin təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təminatına xidmət edəcək. Eyni zamanda, sərnişinlərin fərdi avtomobillərdən metro nəqliyyatına keçidini stimullaşdırmaqla, karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərinə mühüm töhfə verəcək.
20:17 / 10 Noyabr 2026
25
20:10 / 10 Noyabr 2026
79
19:59 / 10 Noyabr 2026
58
19:58 / 10 Noyabr 2026
58
19:52 / 10 Noyabr 2026
72
19:52 / 10 Noyabr 2026
71
19:43 / 10 Noyabr 2026
75
19:40 / 10 Noyabr 2026
100
19:26 / 10 Noyabr 2026
95
19:20 / 10 Noyabr 2026
446
19:06 / 10 Noyabr 2026
110
18:58 / 10 Noyabr 2026
599
18:56 / 10 Noyabr 2026
104
18:39 / 10 Noyabr 2026
176
18:26 / 10 Noyabr 2026
354
18:25 / 10 Noyabr 2026
146
18:19 / 10 Noyabr 2026
163
18:17 / 10 Noyabr 2026
128
18:04 / 10 Noyabr 2026
196
18:02 / 10 Noyabr 2026
1421
17:54 / 10 Noyabr 2026
141
17:42 / 10 Noyabr 2026
159
17:35 / 10 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.