Azərbaycanlı gənc rəssam artıq İtaliyada keçirilən sərgidə təqdirəlayiq hal alıb.
10 Noyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
545
12.06.2026, 15:33
2025-ci ildə Azərbaycanda məqsədli dövlət proqramlarına 5 milyard 999,4 milyon manat xərclənib.
Oxu24.com xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən , bu, 2024-cü illə müqayisədə 3 milyard 132,3 milyon manat və yaxud 34,3 % azdır.
Ayrılmış məbləğin 5 milyard 918,4 milyon manatı və yaxud 98,7 %-i "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" ilə bağlı olub, 80,3 milyon manatı və yaxud 1,3 %-i digər məqsədli proqramların xərclərini əhatə edib.
"Hesablama Palatası dövlət büdcəsinin icrası barədə illik hesabatda dövlət proqramları üzrə siyahının verilməsinə baxmayaraq, dövlət proqramları və məqsədli tədbirlər barədə məlumatlılığın artırılması üzrə işlərin davam etdirilməsini məqbul hesab edir. Proqramlılıq üzrə xərclər barədə məlumatların verilməsi nəticəəsaslı büdcəyə keçid üçün zəminin yaradılmasında vacib hesab edilir.
Ötən ildən fərqli olaraq dövlət proqramları üzrə 2025-ci ildə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlər barədə məlumat verilməsinə baxmayaraq, hədəflər (kəmiyyət göstəriciləri ilə) üzrə məlumat əvvəlki illərdə olduğu kimi təqdim edilməyib. Həmçinin, əvvəlki hesabat illərindən fərqli olaraq ötən il üçün məqsədli tədbirlər barədə ayrıca məlumat (ayrılmış məbləğ və tədbirlərin siyahısı) təqdim olunmadığı üçün bu istiqamətdə ətraflı təhlil aparmaq mümkün olmayıb", - deyə Rəydə qeyd olunub.
20:35 / 10 Noyabr 2026
31
20:17 / 10 Noyabr 2026
49
20:10 / 10 Noyabr 2026
415
19:59 / 10 Noyabr 2026
67
19:58 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
80
19:52 / 10 Noyabr 2026
78
19:43 / 10 Noyabr 2026
85
19:40 / 10 Noyabr 2026
105
19:26 / 10 Noyabr 2026
98
19:20 / 10 Noyabr 2026
516
19:06 / 10 Noyabr 2026
119
18:58 / 10 Noyabr 2026
683
18:56 / 10 Noyabr 2026
108
18:39 / 10 Noyabr 2026
197
18:26 / 10 Noyabr 2026
437
18:25 / 10 Noyabr 2026
154
18:19 / 10 Noyabr 2026
181
18:17 / 10 Noyabr 2026
133
18:04 / 10 Noyabr 2026
210
18:02 / 10 Noyabr 2026
1469
17:54 / 10 Noyabr 2026
145
17:42 / 10 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.