Azərbaycanlı gənc rəssam artıq İtaliyada keçirilən sərgidə təqdirəlayiq hal alıb.
10 Noyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
552
12.06.2026, 15:15
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri sırasında olacaq. İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qeyd edilib ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
20:35 / 10 Noyabr 2026
31
20:17 / 10 Noyabr 2026
49
20:10 / 10 Noyabr 2026
415
19:59 / 10 Noyabr 2026
67
19:58 / 10 Noyabr 2026
66
19:52 / 10 Noyabr 2026
80
19:52 / 10 Noyabr 2026
78
19:43 / 10 Noyabr 2026
85
19:40 / 10 Noyabr 2026
105
19:26 / 10 Noyabr 2026
98
19:20 / 10 Noyabr 2026
516
19:06 / 10 Noyabr 2026
119
18:58 / 10 Noyabr 2026
683
18:56 / 10 Noyabr 2026
108
18:39 / 10 Noyabr 2026
197
18:26 / 10 Noyabr 2026
437
18:25 / 10 Noyabr 2026
154
18:19 / 10 Noyabr 2026
181
18:17 / 10 Noyabr 2026
133
18:04 / 10 Noyabr 2026
210
18:02 / 10 Noyabr 2026
1469
17:54 / 10 Noyabr 2026
145
17:42 / 10 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.