Bunu edənləri 1000 manat cərimə gözləyir
12 İyun 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
88
12.06.2026, 13:38
Ağstafa rayon sakini Orucova Nazilə Azəraqrar MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində maddi ziyana məruz qaldığını iddia edir.
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Nazilə xanım özü Ajans.az-ın qaynar xəttinə etdiyi müraciətində bildirib. Onun sözlərinə görə, yeddi il ərzində istifadə etdiyi 8 nömrəli yataq sahəsi əlindən alınıb. O bildirir ki, həmin ərazidə uzun müddət dövlətə və özünə məxsus heyvanları saxlayıb, bütün fəaliyyətini qanuni şəkildə həyata keçirməyə çalışıb və dövlətə vergi ödəmək istəyib.
Şikayətçinin sözlərinə görə, 2024-cü il avqustun 12-də gecə saatlarında onun heyvanları Ağstafa rayonunun Ceyrançöl ərazisində yerləşən dövlət əmlakından çıxarılıb. O iddia edir ki, heyvanlarının bir hissəsi evinin qarşısına gətirilsə də, bir qismi itib. Nazilə xanım deyir ki, həmin vaxtdan etibarən müraciətlərinə baxılmır.
O, bildirir ki, əlində müqavilələr, səs yazıları və digər sübutlar var. O qeyd edir ki, Azəraqrar MMC-yə məxsus yataqlarda illərlə vergi ödəmədən heyvandarlıqla məşğul olan şəxslər mövcuddur. Şikayətçi hesab edir ki, bəzi şəxslər qeyri-rəsmi yollarla bu imkanlardan yararlanır.
Onun sözlərinə görə, 18 mart tarixində Azəraqrar MMC-nin vəzifəli şəxslərindən biri ilə görüşü zamanı ona bildirilib ki, 8 nömrəli yatağın istifadəsi üçün 20 min manat dövlət büdcəsinə, əlavə olaraq isə 60 min manat idarəyə ödənilməlidir:
“Mən həmin şəxsdən bunun hansı qanuna əsaslandığını soruşdum. Dedim ki, əgər belə qanun varsa, mənə göstərin. Mənim o qədər vəsaitim yoxdur. Dövlətə vergi ödəməyə razıyam, amma əlavə olaraq 60 min manatın hansı əsasla tələb edildiyini başa düşmürəm”, – deyə Nazilə Orucova bildirib. Şikayətçi iddia edir ki, Ceyrançöl ərazisində yerləşən yataqlar bəzi hallarda müxtəlif şəxslərə satılır və ya icarəyə verilir. Onun sözlərinə görə, uzun illər istifadə etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə verildiyini öyrənib.
O, qeyd edir ki, 2025-ci ildə həmin əraziyə heyvanlarını apardıqda ona bildirilib ki, yataq artıq başqa şəxslərə verilib. O, buna etiraz etdiyini, əlində müqavilələrinin olduğunu və yeddi il həmin ərazidən istifadə etdiyini desə də, nəticə əldə edə bilməyib. Şikayətçinin sözlərinə görə, sonradan polis əməkdaşlarının iştirakı ilə heyvanları başqa yatağa aparılıb. O iddia edir ki, bu proses zamanı ona qarşı kobud davranılıb, təhqir olunub və nəticədə bəzi heyvanları itib və ya tələf olur. Nazilə xanım daha sonra Kənd Təsərrüfatı Nazirliyinin daxili yoxlama qrupunun ərazidə araşdırma apardığını bildirib.
Onun sözlərinə görə, yoxlama zamanı dövlətə məxsus qoyunların sayında ciddi uyğunsuzluqlar aşkarlanıb:
“Dörd min baş qoyundan cəmi 360 baş qaldığını gördük. Həmin heyvanların da bir hissəsinin başqa şəxslərə məxsus olduğu bildirildi. Yoxlama qrupu bütün faktları araşdırdı və izahatlar aldı".
Şikayətçi hesab edir ki, dövlətə məxsus heyvanların satılması və digər qanunsuzluqlarla bağlı araşdırmalar aparılmalıdır. O iddia edir ki, bəzi şəxslər bu proseslərdə iştirak etsələr də, məsuliyyətə cəlb edilməyiblər. Dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edib, qurumlarda qəbulda olub. Müraciətlərinə baxılsa da, problemin tam həlli istiqamətində nəticə əldə olunmayıb.
Şikayətçinin sözlərinə görə, ona 8 nömrəli yatağın müəyyən hissəsinin istifadəyə verilməsi ilə bağlı məktub təqdim edilsə də, həmin ərazi üzrə müqavilə bağlanmayıb.
“Mənə sadəcə məktub veriblər. Halbuki mənə müqavilə lazımdır ki, dövlətə vergi ödəyim və heyvanlarımı qanuni şəkildə saxlayım. Müqavilə olmadığı üçün fəaliyyətimi rəsmiləşdirə bilmirəm”.
O həmçinin iddia edir ki, bəzi şəxslər həmin yatağın özlərinə məxsus olduğunu bildirərək onu hədələyiblər. Sonda qeyd edib ki, əsas tələbi ona dəymiş maddi ziyanın ödənilməsi, itkin düşən heyvanların taleyinin araşdırılması, işin yenidən obyektiv şəkildə araşdırılması və qanuni müqavilənin təqdim edilməsidir.
“Dövlətə vergi ödəmək istəyirəm. Mənim istəyim yalnız qanuni fəaliyyət göstərməkdir. Amma qarşıma müxtəlif maneələr çıxarılır. Hesab edirəm ki, bunun əsas səbəbi rüşvət verməməyimdir”, – deyə şikayətçi vurğulayıb. Qeyd edək ki, Nazilə Orucova Ağdərənin alınması uğrunda şəhid olan Çingiz Orucovun həyat yoldaşıdır.
Məsələ ilə bağlı qarşı tərəf olaraq məsələdə adıçəkilən Azəraqrar MMC-də direktor müavini olan Həsən Abdullayevlə əlaqə saxladıq. O bildirib ki, dövlət tərəfindən Nazilə Orucovaya 20 hektar Ağstafa rayonu ərazisindən torpaq verilib. Onun sözlərinə görə, həmin torpaq sahəsi demək olar ki ödənişsiz verilib. Direktor müavini bildirib ki, torpaqla bağlı müqaviləyə hələ də imza atılmayıb, ancaq verilən ərazidə əkin əkilib, hətta ərazi başqa birinə də satılıb. O, xanımın dələduzluqla məşğul olduğunu iddia edib. Həsən Abdullayev vurğulayıb ki, onun məsələ ilə əlaqəsi yoxdur. Heyvandarlıqla əlaqəsi olmadığını da deyib. Həmçinin qurumun şəhid ailələrinə, qazi ailələrinə hörmətlə yanaşdığını da bildirib.
O bildirib ki, şikayətçi xanım dövlət əmlakını satıb. O, Nazilə xanımın vergi iddiasına da aydınlıq gətirdi. Onun sözlərinə görə xanımın dediyi məsələ tamam fərqlidir. Vergi yox ödənişdir, vergini isə aldığı məhsulu satdıqdan sonra ödəməlidir. O deyir ki, xanım məsələn deyir ki, 900 manat ödəniş edəcək. Ancaq əməl etmir.
Sözügedən ödəniş "vergi" ödənişi deyil. Torpaqla bağlı icarə müqaviləsi bağlanır və onun əsasında torpaq icarəsi ödənişi olur. Bir daha qeyd edir ki, vergini alıb satdığı məhsuldan ödəməlidir.
O qeyd edib ki, qanun qarşısında hərkəs - şəhid ailəsi, qazi ailəsi, əlil ailəsi və normal ailə də- bərabərdir. Həsən Abdullayev son olaraq bildirib ki, Ağstafada əkdiyi 20 hektar əkin sahəsinin müqaviləsi bu günə kimi hələ də imzalanmayıb və ödəniş də olunmayıb.
Həmçinin oxuyun
15:05 / 12 İyun 2026
1
15:05 / 12 İyun 2026
6
15:02 / 12 İyun 2026
13
14:46 / 12 İyun 2026
40
14:43 / 12 İyun 2026
34
14:39 / 12 İyun 2026
93
14:36 / 12 İyun 2026
42
14:35 / 12 İyun 2026
39
14:21 / 12 İyun 2026
64
14:18 / 12 İyun 2026
49
14:15 / 12 İyun 2026
64
14:07 / 12 İyun 2026
602
14:06 / 12 İyun 2026
62
14:04 / 12 İyun 2026
67
13:44 / 12 İyun 2026
59
13:32 / 12 İyun 2026
284
13:26 / 12 İyun 2026
83
13:15 / 12 İyun 2026
65
13:06 / 12 İyun 2026
64
12:53 / 12 İyun 2026
60
12:47 / 12 İyun 2026
335
12:39 / 12 İyun 2026
68
12:36 / 12 İyun 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.