16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1074
12.06.2026, 11:15
Rusiyada dövlət sifarişi əsasında ali təhsil alan məzunların müəyyən müddət regionlarda işləməsini nəzərdə tutan yeni təşəbbüs geniş müzakirələrə səbəb olub. Bu mövzu fonunda analoji mexanizmin Azərbaycanda da tətbiqinin nə dərəcədə məqsədəuyğun ola biləcəyi sualı gündəmə gəlir. Görəsən, belə bir addım regionlardakı kadr çatışmazlığını aradan qaldıra bilərmi, yoxsa gənclərin əmək hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran təhsil eksperti Elçin Süleymanov bildirib ki, dövlət sifarişi əsasında təhsil alanların regionlarda çalışması müəyyən ixtisaslar üçün uyğun ola bilər:
“Xüsusilə tibb ixtisasında bunun tətbiqi məqsədəuyğundur, çünki regionlarda həkim çatışmazlığı yaşanan yerlər var. Həmin ərazidə yaşayanların məzun olduqdan sonra öz regionlarına qayıdıb işləməsi müsbət nəticə verə bilər. Məsələn, Türkiyə təcrübəsində tibb ixtisası məzunlarına, eyni zamanda polislərə və digər sahələrə “məcburi xidmət” adı altında belə bir sistem tətbiq olunur. Bənzər bir mexanizm bizdə də ehtiyac olan ixtisaslar üzrə tətbiq edilə bilər”.
“Müəllim çatışmazlığı problemi kəskin deyil”
Ekspert qeyd edib ki, hazırda Azərbaycanda dövlətin açdığı vakansiyalar əsasən təhsil müəssisələridir və müəllimlərin işə qəbulunda (MİQ) kifayət qədər tələb var:
“Bu səbəbdən regionlarda müəllim çatışmazlığı ilə bağlı elə də ciddi problem yaşanmır. Müəllimlərdən sonra regionlarda ən çox ehtiyac duyulan sahə məhz səhiyyə işçiləridir. Tibb təhsili alanların əksəriyyəti onsuz da dövlət sifarişi ilə oxuyurlar. Digər ixtisaslarda isə regionlarda kadr tələbatı o qədər də yüksək deyil”.
“İnzibati yollar yox, təşviq mexanizmləri ön plana çıxmalıdır”
Elçin Süleymanov vurğulayıb ki, kadrları regionlara yönəltmək üçün məcburi üsullardansa, təşviqedicilərə üstünlük verilməlidir:
“Kimininsə məcburi şəkildə harasa göndərilməsi çox da arzuolunan bir hal deyil. Əgər regionlarda kadrlara ehtiyac varsa, bu, inzibati yollarla deyil, təşviq mexanizmləri ilə həll edilməlidir. Regionlarda işləyənlərə əlavə əməkhaqqı, sosial dəstək və digər motivasiyalar verilməlidir.
Bu gün Qarabağ Universitetində çalışmaq istəyənlərin sayı respublikanın paytaxtında və digər iri şəhərlərindəki universitetlərdə işləmək istəyənlərdən daha çoxdur. Bunun səbəbi həm o ərazilərdə xidmət etməyin mənəvi ruh yüksəkliyi, həm də təklif olunan yüksək əməkhaqqı və maddi motivasiyalardır. Bənzər təşviq formaları kadr çatışmazlığı olan digər bölgələrdə də tətbiq oluna bilər”.
“Azərbaycanda bənzər mexanizmlər artıq mövcuddur”
Ekspert ölkəmizdə bu sistemə bənzər müəyyən öhdəliklərin artıq işlək vəziyyətdə olduğunu xatırladıb:
“Hazırda Azərbaycanda “Ali təhsildə rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” mövcuddur. Həmin proqram çərçivəsində təhsil alan məzunlar müqavilə imzalayırlar ki, məzun olduqdan sonra 5 il müddətinə razılıq verdiyi universitetdə pedaqoji və elmi fəaliyyətlə məşğul olmalıdırlar. Eyni zamanda, xaricdə dövlət xətti ilə oxuyanlar da 5 il müddətinə Azərbaycana qayıdıb ölkə iqtisadiyyatına, müxtəlif dövlət və özəl qurumlara töhfə verməyi öhdəlik olaraq götürürlər. Yəni, regionlar üzrə də kadr çatışmazlığı olan yerlərdə bu cür bənzər müqavilə mexanizmlərindən istifadə edilə bilər”.
Çimnaz Telmanqızı
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.