1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
11.06.2026, 22:43
"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycan ərazisində yay fəslinin ilkin mərhələsi olan iyun ayı dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, bu ilin iyun ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın və bəzi ərazilərdə normadan bir qədər yüksək olacaq. Birinci fazada (nisbi sabitlik) – ayın ilk günlərində temperatur iqlim norması daxilində (Bakıda gündüzlər 26-31°C) tərəddüd edəcək”.
Oxu24.com xəbər verir ki, bu fikirləri Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
"İkinci fazada (termik maksimum) isə – ayın ortalarından etibarən cənub mənşəli hava kütlələrinin daxil olması ilə mütləq maksimum temperatur kəskin yüksələcək. Bakıda bəzi günlərdə 35-38°C, Mərkəzi Aran və Naxçıvanda isə 36-40°C isti qeydə alınacaq.
Proqnoz modelləri yağıntıların paylanmasında kəskin qeyri-bərabərlik proqnozlaşdırır. Belə ki, ölkə üzrə aylıq yağıntının miqdarının iqlim normasından az və ya normaya yaxın olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda (xüsusilə Balakən-Şəki, Quba-Xaçmaz, Qarabağ və Şərqi Zəngəzur zonalarında) konvektiv buludluğun, lokal xarakterli, qısamüddətli intensiv leysan, şimşək və dolu düşməsi ehtimalı yüksəkdir. Dağ çaylarından qısamüddətli sel keçəcəyi gözləniləndir”.
Ekspert qeyd edir ki, iyun ayında temperaturun çoxillik iqlim normasından yüksək olması və bəzi günlərdə 38°C – 40°C həddinə çatması birbaşa irimiqyaslı atmosfer sirkulyasiyası ilə bağlıdır.
"Cənub-şərqdən (İran yaylası) və cənub-qərbdən (Şimali Afrika-Ərəbistan) ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri temperaturun sıçrayışlı artmasına səbəb olur. İyun ayında subregional səviyyədə antisiklon sahələrinin formalaşması buludluluğun minimuma enməsinə, insolyasiyanın (günəş radiasiyasının) intensivləşməsinə və havanın enən hərəkətlərlə dinamik qızmasına gətirib çıxarır. Ölkəmizin mürəkkəb relyefi iyun ayı istilərinin coğrafi paylanmasında kəskin fərqlər yaradır.
Mərkəzi Aran və Naxçıvan (Termik depressiya) bölgələrində iqlimin kontinentallığı və relyefin qapalı strukturu istiliyin akkumulyasiyasına şərait yaradır. Nəticədə, kəskin istiləşmə dalğaları zamanı temperatur asanlıqla 40°C-yə yüksəlir”.
C.Hüseynov vurğulayır ki, Xəzər dənizinin temperatur nizamlayıcı (termik ətalət) xüsusiyyəti Abşeron yarımadası və sahilyanı ərazilərdə iyunun ilk yarısında kəskin istilərin qarşısını qismən alır.
"Lakin ayın ikinci yarısında dəniz suyunun qızması və cənub/şərq küləklərinin üstünlük təşkil etməsi "bürkü effekti” (yüksək temperatur və yüksək nisbi rütubətin sinerjisi) yaradaraq effektiv temperaturu (hiss edilən istiliyi) xeyli artırır. İyun ayında anomal isti günlərin tezliyinin və intensivliyinin artması qlobal istiləşmə və El Nino / La Nina cərəyanlarının regional fəsadları ilə birbaşa korrelyasiya təşkil edir. Son dekadanın məlumatları göstərir ki, Azərbaycanda yay fəslinin başlanğıcı klimatoloji olaraq daha aqressiv (daha tez başlayan və daha uzun sürən istilik dalğaları ilə) xarakter almaqdadır”.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.