Külək səbəbindən təcili yardıma müraciət edənlərin sayı artıb
27 İyul 2026, 17:23
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
466
11.06.2026, 20:10
Cəmiyyətdə toy ənənələrinin maddi maraqlara qurban verilməsi: Toylar niyə sevinc məclisindən maliyyə hesablaşmasına çevrilir?
Müasir dövrdə Azərbaycanda toyların keçirilmə forması, israfçılıq və insanlar arasında formalaşan "toy pulu borcu" anlayışı ən çox müzakirə olunan sosial problemlərdən biridir. Toya gəlməyən qonağın pul göndərmək məcburiyyətində qalması, milli adətlərin yerini bəhsəbəhs yarışının tutması cəmiyyətdə insanlar arasındakı səmimi münasibətlərə ciddi şəkildə mənfi təsir göstərir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran sosioloq Elçin Bayramlı ölkədəki mövcud vəziyyət və getdikcə dərinləşən bu problem barədə kəskin fikirlər səsləndirib.
Sosioloqun sözlərinə görə, artıq Azərbaycanda toy deyə bir anlayış demək olar ki, qalmayıb.
“Bu toy deyil, hoqqabazlıq yarışıdır"
Elçin Bayramlı bildirib ki, hazırda keçirilən mərasimlər milli toy adətlərindən tamamilə uzaqdır və sadəcə israfçılıqla müşayiət olunan əyləncəli bir şoudur:
“Çox təəssüf ki, artıq toy deyə bir anlayış qalmayıb. Azərbaycan toyu ləğv edilib. Onun yerini tamamilə biabırçılıqlarla müşayiət olunan, hay-həşirli, israfçı, sosial, maliyyə, psixoloji və mənəvi cəhətdən heç bir kriteriyaya uyğun gəlməyən eybəcər bir mərasim forması tutub".
Sosioloq vurğulayıb ki, bu mərasimlər gənclərin həyatını məhv edir, ailələri ağır borclara salır, evliliklərin sayını azaldır və prosesi gecikdirir. Onun fikrincə, indiki toylar sadəcə bir də dəbdəbə və görməmişlik yarışına çevrilib.
Toylar niyə maliyyə hesablaşmasına çevrilir?
E.Bayramlı toyların mahiyyətinin dəyişərək tamamilə pul yığma mərasiminə çevrildiyini qeyd edib. İnsanların şou xatirinə bahaçılığa qol qoyduğunu deyən ekspert, orta statistik azərbaycanlının bu xərclərin altından çıxa bilmədiyini diqqətə çatdırıb:
“İndi toylarda bir nəfərlik yerin (stolun) qiyməti 80-85 manatdan başladığı üçün toya 100 manat yazdırmaq belə artıq az sayılır.
Toya yazılan pulun ilkin məqsədi yeni qurulan ailəyə maddi kömək etmək olsa da, faktiki olaraq o vəsaitdən bəy və gəlinə heç nə qalmır. Bütün pullar restoran sahiblərinə, gəlin maşını, bahalı gəlin donu icarədarlarına, rəqs qruplarına, fotoqraf və videoqraflara gedir”.
Münasibətlərin maddi maraqlara söykənməsini tənqid edən sosioloq, cəmiyyətdə yaranan toy borcu zəncirinin insanları çıxılmaz vəziyyətə saldığını deyib:
“Toyuna 400-500 nəfər çağırıb pul yığan şəxs, sonradan ən azı 30 il ərzində fasiləsiz olaraq başqalarının toyuna gedib həmin pulları qaytarmağa məcbur olur. İnsanlar işini-gücünü atıb hər toyda ən azı 100-200 manat yazdırmalı olurlar.
Ayda orta hesabla 2-3 toy dəvətnaməsi alan vətəndaşın aldığı orta əməkhaqqı tamamilə bu mərasimlərə sərf olunur ki, bu da ailə büdcəsi üçün faciəvi bir haldır”.
Sosioloq sonda qeyd edib ki, bu eybəcərliyin qarşısını almağa nə dövlətin inzibati yollarla gücü çatır, nə də cəmiyyət maariflənib özünə çəki-düzən verir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, toy məsələsində cəmiyyət olaraq sürətlə geriyə doğru gedirik.
Çimnaz Telmanqızı
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.