Rəşid Behbudovun bacısı oğlunun ACI TALEYİ: Qürbətdə can verən MÜĞƏNNİ NƏDƏN İNCİMİŞDİ?
10 Noyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2148
11.06.2026, 11:39
Azərbaycanda pensiya sistemi ilə bağlı müxtəlif təkliflər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Son dövrlərdə gündəmə gələn məsələlərdən biri də yalnız qız övladı olan valideynlərə daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi ilə bağlıdır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, sosial və ailəvi səbəblərdən bəzi hallarda qız övladları valideynlərinə müntəzəm maddi dəstək göstərməkdə çətinlik çəkə bilirlər.
Bəs yalnız qız övladı olan valideynlər üçün erkən pensiya hüququnun tətbiqi sosial baxımdan nə dərəcədə məqsədəuyğundur?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu məsələ sosial baxımdan müzakirə edilə bilər, lakin yalnız qız övladı olan valideynlərə erkən pensiya hüququnun verilməsi birmənalı şəkildə düzgün yanaşma sayılmır.
Akif Nəsirli: “Azərbaycanın kənd təsərrüfatında əsas problemlərdən biri yüksək istehsal xərcləridir”
“Müasir dövrdə valideynlərə maddi dəstək göstərmək övladın cinsindən deyil, onun təhsilindən, məşğulluğundan, gəlir səviyyəsindən və ailə vəziyyətindən asılıdır.
Bir çox hallarda qız övladları valideynlərinə oğullar qədər, hətta daha çox dəstək göstərirlər. Ona görə də sosial təminat məsələlərinin övladın cinsinə görə müəyyənləşdirilməsi doğru yanaşma deyil”.
Ekspert qeyd edib ki, pensiya sistemi əsasən əmək fəaliyyəti, sosial sığorta ödənişləri və sosial ehtiyac meyarları üzərində qurulmalıdır:
“Pensiya hüququnun övladların cinsinə görə fərqləndirilməsi gender bərabərliyi prinsipi ilə ziddiyyət yarada və digər ailələr üçün ədalətsiz görünə bilər.
Daha məqsədəuyğun yol maddi vəziyyəti zəif yaşlı insanların, tək yaşayan valideynlərin və sosial müdafiəyə daha çox ehtiyacı olan ailələrin əlavə sosial təminat mexanizmləri vasitəsilə dəstəklənməsidir.
Bu halda yardım ehtiyac əsasında göstərilər və övladların cinsinə bağlı ayrı-seçkilik yaranmaz”.
Ekspert hesab edir ki, sosial müdafiə siyasətində əsas meyar ailənin real ehtiyacları olmalı, güzəştlər isə gender amilinə deyil, sosial vəziyyətə görə müəyyənləşdirilməlidir.
21:19 / 10 Noyabr 2026
43
21:12 / 10 Noyabr 2026
72
21:10 / 10 Noyabr 2026
168
20:56 / 10 Noyabr 2026
77
20:54 / 10 Noyabr 2026
187
20:46 / 10 Noyabr 2026
95
20:35 / 10 Noyabr 2026
107
20:17 / 10 Noyabr 2026
95
20:10 / 10 Noyabr 2026
1088
19:59 / 10 Noyabr 2026
104
19:58 / 10 Noyabr 2026
99
19:52 / 10 Noyabr 2026
108
19:52 / 10 Noyabr 2026
102
19:43 / 10 Noyabr 2026
108
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
114
19:20 / 10 Noyabr 2026
673
19:06 / 10 Noyabr 2026
144
18:58 / 10 Noyabr 2026
848
18:56 / 10 Noyabr 2026
121
18:39 / 10 Noyabr 2026
251
18:26 / 10 Noyabr 2026
639
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.