Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
04.06.2026, 21:32
Yaşayış məntəqələrində tullantıların açıq şəkildə yandırılması uzun müddətdir həm ekoloji, həm də ictimai sağlamlıq baxımından narahatlıq doğuran məsələlərdən biridir. Bu hal havanın çirklənməsinə, zərərli qazların yayılmasına və xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün əlavə risklərin yaranmasına səbəb olur. Bir çox hallarda bu cür davranışlar inzibati məsuliyyət və cərimə mexanizmləri ilə tənzimlənir.
Oxu24.com bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, bu məsələ əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir:
“Məcəllənin 271-ci maddəsinə əsasən, tullantıların qalaqlanması qaydalarının pozulmasına, habelə həmin tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manatadək məbləğdə cərimə olunurlar. Bu qaydaların tətbiqində əsas məqsəd ətraf mühitin qorunması, atmosfer havasının çirklənməsinin qarşısının alınması və insanların sağlamlığının müdafiəsidir. Xüsusilə yaşayış məntəqələrində tullantıların yandırılması havaya zərərli qazların yayılmasına səbəb olur və bu da ekoloji tarazlığa ciddi təsir göstərir. Belə halların qarşısının alınması üçün nəzarət mexanizmləri daha da gücləndirilməli, monitorinqlər mütəmadi aparılmalıdır. Eyni zamanda vətəndaşların ekoloji məsuliyyətinin artırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi də vacib hesab olunur. Çünki tullantıların düzgün idarə olunmaması yalnız ətraf mühitə deyil, insan sağlamlığına da ciddi təhlükə yaradır”.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.