Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
629
04.06.2026, 18:28
Azərbaycanda ictimai nəqliyyat sistemində yeni maliyyələşmə modelinə keçid hazırlanır. Məhz bu növ sistemin tam şəkildə işlək vəziyyətə gətirilməsi üçün brutto müqavilə modelinə keçid vacib hesab olunur. Artıq bununla bağlı qərar verilib və 2026-2028-ci illər ərzində mərhələli şəkildə bu sistemə keçidin təmin olunması planlaşdırılır. Brutto müqavilə modeli daşıyıcıların maliyyə dayanıqlığını təmin etmək məqsədi daşıyır və burada əsas məsələ hər kilometrə görə subsidiyanın tətbiq olunmasıdır.
Oxu24.com xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında bu model tətbiq olunduqdan sonra ictimai nəqliyyat sistemində bir sıra yeniliklərin həyata keçirilməsi mümkün olacaq deyib.
"Buraya gündəlik, həftəlik, aylıq və illik bilet paketləri, eləcə də müəyyən zaman intervalı daxilində pulsuz keçid imkanları daxildir. Dünyanın müxtəlif şəhərlərində bu keçid müddəti fərqli olur. Bəzi şəhərlərdə 45 dəqiqə, digərlərində 60 və ya 90 dəqiqəlik pulsuz keçid sistemi tətbiq edilir. Belə yanaşma xüsusilə uzaq məsafədən gələn sərnişinlərin maliyyə yükünün azaldılmasına xidmət edir.
Yəni sərnişin bir nəqliyyat vasitəsindən digərinə keçərkən əlavə ödəniş etmədən müəyyən müddət ərzində səfərini davam etdirə bilir".
O bildirib ki, bu da həm ictimai nəqliyyatdan istifadənin artırılmasına, həm də vətəndaşların xərclərinin optimallaşdırılmasına şərait yaradır:
"Bütün bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Ona görə də ilkin mərhələdə brutto müqavilə modelinə keçid əsas prioritet hesab olunur. Bu sistem tam tətbiq edildikdən sonra digər məsələlərin də mərhələli şəkildə öz həllini tapacağı gözlənilir".
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.