Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?
27 İyul 2026, 15:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
04.06.2026, 16:47
İstifadə müddəti bitmiş mobil telefonlar və elektron cihazlar əksər hallarda məişət tullantıları ilə birgə zibil qutularına atılır. Lakin bu texnologiyalar adi zibil kimi yox olmur. Tərkibindəki zəhərli maddələr ətraf mühiti çirkləndirir, qiymətli metallar isə itkiyə gedir.
Azərbaycanda elektron tullantıların idarə olunması hələ tam formalaşmayıb və bu sahədə ciddi məlumat qıtlığı mövcuddur. Ölkədə rəsmi fəaliyyət göstərən şirkətlərin hesabatlılığı aşağıdır, dövlət statistikasında isə elektron cihazların tərkib hissələri ayrıca qeyd olunmur.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, bu kifayət qədər araşdırılmamış, məlumatları tam olmayan və metodları hələ tam formalaşmamış mürəkkəb sahədir:
"Azərbaycanda bu sahə ilə bağlı iki şirkətin fəaliyyət göstərdiyi bildirilir: Fors Qrup MMC və Smart Waste şirkəti. Bu şirkətlər elektronika məhsulları, xüsusilə mobil telefonlar və digər elektron cihazlardan yaranan tullantıların toplanması və utilizasiyası ilə məşğul olurlar. Lakin onların hesabatlarında, veb saytlarında və digər mənbələrdə bu barədə geniş məlumat yoxdur. Ümumilikdə bu prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir, çünki bu tullantılar təhlükəli tullantılar kateqoriyasına daxildir. Köhnə telefonlar və digər elektron cihazlarda kobalt, qızıl, mis, litium kimi qiymətli metallar mövcuddur. Bu metallar mürəkkəb texnoloji proseslərdən sonra yenidən istifadə üçün ayrılıb təkrar dövriyyəyə qaytarıla bilər. Buna görə də elektron tullantıların toplanması bir çox ölkədə xüsusi qaydalarla tənzimlənir".
Ekspert deyib ki, Avropa İttifaqı ölkələrində WEEE direktivi qəbul olunub və bu sistem elektron tullantıların idarə olunmasını tənzimləyir:
"ABŞ, Cənubi Amerika və Şimali Amerika ölkələrində də bu proses fərqli mexanizmlərlə həyata keçirilir. Həmin tullantılar toplanır, çeşidlənir və zərərli hissələr zərərsizləşdirilir. Daha sonra separasiya prosesi aparılır və materiallar qruplara ayrılır.
Ümumilikdə bu sahədə hidrometallurgiya və pirometallurgiya kimi texnologiyalardan istifadə olunur. Cihazlar sökülür, batareyalar və digər təhlükəli hissələr ayrıca ayrılır, çünki onların ayrıca utilizasiya qaydaları var. Eyni zamanda qiymətli metalların bərpası da həyata keçirilir. Azərbaycanda isə bu proses hələ tam sistemli şəkildə formalaşmayıb. İl sonu ümumi hesabatlar verilsə də, elektron tullantılar, batareyalar və digər təhlükəli komponentlər ayrıca göstərilmir. Bu isə həm ekoloji nəzarət, həm də resursların düzgün idarə olunması baxımından müəyyən boşluqlar yaradır", - deyə o qeyd edib.
Yəni, sıradan çıxmış köhnə telefon və kompyuterlərin tərkibində qızıl, mis kimi bahalı metallar və zəhərli kimyəvi maddələr var, lakin Azərbaycanda onlar xüsusi qaydada yığılıb təkrar emal olunmadığı üçün həm iqtisadiyyata ziyan dəyir, həm də təbiət zəhərlənir.
15:45 / 27 İyul 2026
9
15:21 / 27 İyul 2026
56
15:20 / 27 İyul 2026
47
15:17 / 27 İyul 2026
50
14:59 / 27 İyul 2026
61
14:34 / 27 İyul 2026
61
14:28 / 27 İyul 2026
59
14:04 / 27 İyul 2026
79
13:59 / 27 İyul 2026
82
13:55 / 27 İyul 2026
69
13:50 / 27 İyul 2026
84
13:47 / 27 İyul 2026
62
13:40 / 27 İyul 2026
92
13:30 / 27 İyul 2026
87
13:15 / 27 İyul 2026
83
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
88
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
69
12:29 / 27 İyul 2026
75
12:25 / 27 İyul 2026
77
12:21 / 27 İyul 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.