Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
686
04.06.2026, 16:35
Avtobus zolağına sərnişin mindirmə və düşürmə məqsədilə daxil olmaq olar?
Paytaxt yollarında avtobus zolaqlarının tətbiqi ictimai nəqliyyatın hərəkətini sürətləndirmək və yol hərəkətini daha səmərəli təşkil etmək məqsədi daşıyır. Lakin bu zolaqlardan istifadə qaydaları ilə bağlı sürücülər arasında tez-tez suallar yaranır.
Nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov Oxu24.com-a açıqlamasında avtobus zolaqlarından istifadə qaydaları barədə danışıb və bəzi hallarda sürücülərin bu zolağa daxil olmasının qanuni çərçivəsini izah edib.
Onun sözlərinə görə, əgər avtobus zolağı müvafiq yol nişanları və xətlənmə ilə (məsələn, 1-11 və ya 40 xətt işarələri ilə) təşkil olunubsa, sürücülər müəyyən şərtlər daxilində bu zolağa qısa müddətlik daxil ola bilərlər. Belə ki, sərnişin mindirmək və ya düşürmək məqsədilə avtobus zolağına daxil olmaq yalnız təhlükəsizlik və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamaq şərti ilə mümkündür.
Ekspert bildirib ki, bu zaman sürücü avtobusların hərəkətinə mane olmamalı və zolaqda uzun müddət qalmaqla qaydanı pozmamalıdır. Əgər yolun təşkilində imkan varsa, sürücü ən yaxın giriş nöqtəsindən zolağa daxil olub sərnişini mindirib və ya düşürdükdən sonra dərhal ən yaxın çıxış xətti ilə avtobus zolağını tərk etməlidir.
Rüfət Əmiraslanov qeyd edib ki, bu qaydalara riayət edildiyi halda sürücülərə inzibati cərimə tətbiq olunmur. Lakin avtobus zolağından sui-istifadə edilməsi, uzun müddət hərəkət etmək və ictimai nəqliyyatın axınına mane olmaq inzibati məsuliyyət yaradır.
Ekspert vurğulayıb ki, bu qaydaların əsas məqsədi şəhər nəqliyyatının səmərəli işləməsini təmin etməkdir və hər bir sürücü yol nişanlarına və xətlənmələrə ciddi şəkildə əməl etməlidir.
Turan
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.