Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
04.06.2026, 14:16
Oxu24.com şair -publisist Şəhla Gündüzün şeirlərini təqdim edir:
Şəhla Gündüz (Abbasova - Mövsümova Şəhla Gündüz qızı) şair -publisist, AYB-nin və AJB-nin üzvü, "Xan qızı Natəvan" və "Mikayıl Müşfiq" mükafatları laureatı, Prezident təqaüdçüsü, müəllim.
Gizlənpaç
Ağrılarla gecə-gündüz bir gizlənpaç oynayıram.
Qeyb olmağa çalışsam da, tapırlar məni.
Onları bu ürəyimdən çətin ayıram,
Özlərinə rahat yuva yapırlar məni.
Ha qovuram, getmirlər ki...
Tükənmirlər, bitmirlər ki...
Vallah, bir gün bu zillətdən bezib, cana doyacağam!
Ağrıların gözlərini oyacağam!
Hamısına ölüm hökmü yazacağam!
Özümü dəli könlümün zəncirindən asacağam!
Allah, mənə "ağıl" ver!
Damla-damla yığıldım, gur bir əsəb seliyəm.
Mən dayaq axtarmadım, öz əlimdə çəliyəm.
Bu qədər "ağıllı"nın içində bir "dəli"yəm.
Allah, mənə ağıl ver!
Sən məni yaradanda, alçaq yaratmalıydın,
Nahaq sözün önündə yumşaq yaratmalıydın,
Bir məkirli, bir namərd uşaq yaratmalıydın,
Allah, mənə ağıl ver!
Yalanları uc-uca qoşub, düzə bilmirəm,
Həqiqəti deməkdən doyub bezə bilmirəm,
Mən "ağıl dəryası"nda neynim, üzə bilmirəm,
Allah, mənə ağıl ver!
"Ağıllı" bəndələrin tələb edir: “dağıl ver !
Son qətrəsinə qədər qısır olma, sağıl, ver!
Paran yoxsa, utanma, ayaqlara yıxıl ver!”
Ya onları dəli et, ya da mənə ağıl ver!
Allah, mənə ağıl ver!
Allah bilir…
Çiynim dayaq oldu pudlarla duza,
Baha başa gəldim neçə ucuza,
Canımı xərclədim cəfəng kabusa,
Vermədilər bu xərcimin qəbzini.
Kim deyir rahatla yanaşı oldum?!
Mən iki Şəhlanin savaşı oldum,
Dünyaya xam gəldim, eh, naşı oldum,
Tutammadım bu həyatın nəbzini.
Ovqatımdan neçə şeir fışqırır,
Hər bir kəlməm haqq, ədalət qışqırır,
İçimdə bir qara sevda hıçqırır,
Çəkinmə, yum bu sevdanın ağzını!
"Ağıllı"nin qırımından qorxuram,
Rişxəndindən, sarımından qorxuram,
Adamların haramından qorxuram,
Allaha yazmışam bütün ərzimi!
Mən öncə kim idim, indicə kiməm?!
Daha körüklənmir soyumuş sinəm,
Nəkarayam qismətinə dillənəm?!
Tanrım bilir əməlinin məğzini!
Bu da bir cür bəxtdir...
Ay aman, qara saçıma
Bu qar nə tez yağdı belə?!
Mənim bəxtim çoxdan yatıb,
Əsəbim oyaqdır belə!
Həyat imtahanı çətin,
Hər dəqiqəm sınaq altda,
Parasız ağlayan cibim
Bir yerimdir qınaq altda,
Durub, dövrəmə boylandım,
Neçə dostum torpaq altda,
Düşmənlərim sağdır belə!
Xoş güzəran yolu azıb,
Qayğılarım kəsə gəlir,
Çəkəninə bərəkallah!
Əziyyət o kəsə gəlir.
Bütün günü əlləşənə
Əlcə çörək nisyə gəlir,
Aclıq dərdi nağddir belə!
Sinirlərib, cinə minmə,
Həsəd çökəyinə enmə,
Mən susuram, sən də dinmə!
Bu da bir cür bəxtdir belə!
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.