16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1476
03.06.2026, 21:06
Azərbaycan təhsilində yeni era: Nazirlik və “OpenAI” əməkdaşlığı bizə nə vəd edir?
Ötən həftə Elm və Təhsil Nazirliyinin dünyaca məşhur “ChatGPT” alətinin yaradıcısı olan “OpenAI” şirkəti ilə təhsil sahəsində rəsmi əməkdaşlığa başladığı barədə mühüm məlumat yayılıb. Bu tərəfdaşlıq çərçivəsində müəllimlərin gündəlik iş yükünü yüngülləşdirəcək, şagirdlərin isə öyrənmə prosesini daha effektiv edəcək süni intellekt əsaslı yeni həllərin hazırlanması nəzərdə tutulur. Dünyada böyük əks-səda doğuran bu texnoloji addımın Azərbaycan təhsilinə gətirəcəyi yeniliklər və vəd etdiyi gələcək cəmiyyətdə böyük maraq doğurub.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Elm və Təhsil Nazirliyi ilə süni intellekt alətini hazırlayan “OpenAI” şirkətinin müvafiq əməkdaşlığı əsasında bizim həm müəllimlərin təhsil əlverişliliyi, tədris prosesinin daha təkmil qurulması, o cümlədən şagirdlər üçün informasiyaların daha çevik formada əldə edilməsi istiqamətində müvafiq əməkdaşlıqdan sonra, demək olar ki, əlverişlilik təmin olunacaq. Ekspert hesab edir ki, bu da ümumi tədris prosesində ölkə təhsilinə müsbət və mühüm faydalar sağlaya biləcək.
Ekspert ölkəmizdə rəqəmsal təhsil infrastrukturunun artıq qurulduğunu xatırladıb:
"Qeyd edim ki, biz artıq rəqəmsal məktəb platformasını tətbiq etmişik və təbii ki, həmin aləti rəqəmsal məktəb platformasına da inteqrasiya etdikdən sonra burada müəllimlər üçün həm qiymətləndirməni aparmaq, o cümlədən şagirdlər üçün müəyyən informasiyaların əldə olunması baxımından, düşünürəm ki, inteqrasiyadan sonra daha əlverişli bir imkan yaranacaq".
Elçin Əfəndi bu resurslardan tam və səmərəli istifadə olunması üçün texniki bazanın gücləndirilməsinin vacibliyinə toxunub:
"Təbii ki, bu resursdan istifadə etmək üçün biz bütün bölgə üzrə yüksəksürətli internet təminatını mütləq həyata keçirməliyik. O cümlədən, tədricən qarşıdakı dövrlər ərzində şagirdlərin fərdi kompüterlərlə təchizatını və yaxud da texnoloji alətlərlə təchizatını təmin etməyi bacarmalıyıq ki, bu kimi yeniliklər, islahatlar olduqca hər kəs üçün istifadə imkanları asanlaşsın".
Süni intellekt layihəsinin tam icra müddətinə gəlincə isə, ekspert dövlət qurumlarının birgə fəaliyyətinə diqqət çəkib:
"Yəqin ki, Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə əməkdaşlıq çərçivəsində, yəqin cari ilin sonuna qədər olmasa da, ən azı növbəti il ərzində bütün istiqamətdə işlər görülərək, məhz mövcud alətlərin tətbiqini həyata keçirməklə daha çox Azərbaycan təhsilinə töhfə verəcəklər. Bu istiqamətdə işlər görəcəklərini düşünürəm".
Çimnaz Telmanqızı
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.