1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
498
03.06.2026, 16:46
2 iyun 2026-cı il tarixində, Polşanın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Varşava Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasiminə Türk, Monqol və Tibet araşdırmaları kafedrasının müdiri Dr. Yan Roqalanın təqdimatı və moderatorluğu ilə start verilib.
Tədbirdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin dekanı, professor Aqata Bareya-Stajinska, Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Qazaxıstan Respublikasının Polşa Respublikasındakı müşaviri Saule Turqinbekova, Türkiyə Respublikasının Polşa Respublikasındakı müşaviri Sinem Turqut Bingöl, Özbəkistan Respublikasının Polşa Respublikasındakı müşaviri Rovşanbek Jabborov çıxış ediblər. Çıxışlarda mərkəzin qurulmasında Türk Mədəniyyəti və İrsi Fondunun səyləri və maliyyə dəstəyi, eləcə də qurumlararası əməkdaşlığın önəmi qeyd olunub. Bildirilib ki, bu təşəbbüs həm elmi, həm də mədəni-diplomatik əlaqələrin güclənməsinə, gələcəkdə isə Avrasiya məkanında dialoqun genişlənməsinə mühüm töhfə verəcək.
Açılışda həmçinin Polşanın Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş mütəxəssisi Aqneşka Bereza, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mərasimdə fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, Professor Aktotı Raimkulova mərkəzin açılışını tarixi bir hadisə kimi qiymətləndirib. O, bu mərkəzin sadəcə bir məkan deyil, Şərqlə Qərb arasında mədəni körpü olduğunu vurğulayıb.
Professor Aktotı Raimkulova qeyd edib ki, bu mərkəz Fond ilə Varşava Universiteti arasında imzalanmış Anlaşma Memorandumunun, həmçinin tərəflərin qarşılıqlı etimada əsaslanan birgə səylərinin real bəhrəsidir. Mərkəzin tələbələr üçün türk dünyasının zəngin dillərinə, tarixinə, incəsənətinə və ənənələrinə açılan bir qapı olacağını bildirən Fondun prezidenti, göstərilən dəstəyə görə Varşava Universitetinin rəhbərliyinə, həmçinin layihənin ilk günündən etibarən göstərdiyi şəxsi diqqət, fədakarlıq və səmərəli əməkdaşlığa görə Nərgiz Qurbanovaya və Azərbaycan Respublikası səfirliyinin kollektivinə dərin minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində rəsmi lentkəsmə mərasimi keçirilib. Fondun prezidenti, Professor Aktotı Raimkulova, Dekan, professor Aqata Bareya-Stajinska və Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova mərkəzin rəsmi açılışını reallaşdırıblar.
Daha sonra türk dövlətlərinin səfirlikləri və tərəfdaş qurumlar tərəfindən yeni yaradılmış mərkəzə xatirə hədiyyələri, elmi nəşrlər, mədəni eksponatlar və tədris materialları təqdim olunub.
Qeyd edilib ki, təhsil, emalatxana və sərgi məkanı kimi fəaliyyət göstərəcək mərkəz türk xalqlarının mədəni irsinin və müxtəlifliyinin Polşada tanıdılmasına, elm və mədəniyyət xadimləri ilə geniş ictimaiyyət arasında dialoqun güclənməsinə xidmət edəcək.




00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.