Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
620
03.06.2026, 15:25
Son illərdə artan yaşayış xərcləri, inflyasiya və tələbələrin gündəlik ehtiyaclarının bahalaşması təqaüdlərin artırılması məsələsini yenidən gündəmə gətirib.
Bəs hazırkı iqtisadi vəziyyət fonunda tələbə təqaüdlərinin bu ilin sonuna qədər artırılması mümkündürmü?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, mövcud iqtisadi şərait tələbə təqaüdlərində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaratsa da, yaxın aylarda belə bir qərarın qəbul olunacağı gözlənilmir.
Elçin Əfəndi: “Təhsil müəssisələrində praktik biliklərin öyrədilməsi vacibdir”
Onun sözlərinə görə, tələbə təqaüdlərində son artım Azərbaycan Prezidenti tərəfindən ötən ilin dekabr ayında imzalanan sərəncam əsasında həyata keçirilib:
“Hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq tələbə təqaüdlərində müəyyən artımın olması ilə bağlı gözləntilər formalaşır. Lakin qeyd etmək lazımdır ki, tələbə təqaüdlərinin artırılması Prezidentin sərəncamı əsasında həyata keçirilir. Sonuncu belə qərar ötən ilin dekabr ayında qəbul olunub və təqaüdlərdə artım qeydə alınıb”.
Ekspert hesab edir ki, son artımın üzərindən qısa müddət keçdiyi üçün bu ilin sonuna qədər yeni artımın baş verməsi ehtimalı yüksək deyil:
“Düşünürəm ki, növbəti təqaüd artımı cari ildə deyil, daha çox 2027-ci ildə reallaşa bilər. Çünki cəmi altı ay əvvəl bu istiqamətdə qərar qəbul olunub. Bu baxımdan, ilin sonuna qədər tələbə təqaüdlərinin yenidən artırılması real görünmür”.
Elçin Əfəndi əlavə edib ki, tələbələrin sosial rifahının yaxşılaşdırılması və təhsil xərclərinin qarşılanması baxımından təqaüdlərin artırılması vacib məsələlərdən biri olaraq qalır. Buna baxmayaraq, hazırkı mərhələdə yeni artımla bağlı rəsmi siqnallar müşahidə edilmir.
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.