Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yaşayanlara ŞAD XƏBƏR:Rəsmi açıqlama gəldi

Bakıda yaşayanlara ŞAD XƏBƏR:Rəsmi açıqlama gəldi

CƏMİYYƏT

979

03.06.2026, 13:20

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtın yol-nəqliyyat şəbəkəsinin optimallaşdırılması və sıxlıqların aradan qaldırılması məqsədilə strateji əhəmiyyətli layihələrin icrası davam edir.

AYNA-dan Oxu24.com-a  verilən məlumata görə, sürətli məskunlaşma və tələbat fonunda Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələri mövcud infrastrukturda ciddi yüklənmələrə səbəb olur. Hazırda bu istiqamətdən gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı–Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi–“20 Yanvar”–Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq. Ümumilikdə, həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq.

Hazırda Azadlıq prospekti–Binəqədi şosesi istiqamətindən Binəqədi–Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.

Sumqayıt-Xırdalan istiqamətindən metronun “Nəriman Nərimanov” stansiyasına hərəkət edən sərnişinlər, “20 Yanvar” dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti yolundan istifadə edərək “20 Yanvar” dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

12:30 / 27 İyul 2026

HÜQUQ HÜQUQ

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

55

0
DYP-dən hava ilə bağlı xəbərdarlıq  

12:29 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP-dən hava ilə bağlı xəbərdarlıq  

64

0
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

12:25 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

62

0
Bakıda obyekt yanır 

12:21 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda obyekt yanır 

60

0
Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

12:15 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

66

0
Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

11:55 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

73

0
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

11:52 / 27 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

69

0
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

11:35 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

60

0
Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

11:35 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

84

0
Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

11:14 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

80

0
Dövlətin borcu 7 faiz azalıb 

11:10 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Dövlətin borcu 7 faiz azalıb 

67

0
Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO 

11:06 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şahin Bağırov baş idarəyə rəis təyin etdi - FOTO 

61

0