Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2920
03.06.2026, 12:17
Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir.
Layihəyə əsasən, vətəndaş yuxarıda qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.
Keçid müddəasına əsasən, bu qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin məcburi köçkün statusu bu Qanun qüvvəyə mindiyi tarixdən itirilir.
Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.