Əksər bölgələrdə yağış və şimşək müşahidə olunur
07 İyul 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
531
03.06.2026, 12:01
Bir çox ölkələrdə vətəndaşlar pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini dayandırmağa üstünlük versələr də, Azərbaycanda fərqli mənzərə müşahidə olunur. Hətta pensiya yaşının mərhələli şəkildə artırılmasına baxmayaraq, çoxsaylı vətəndaşlar işləməyə davam etməyə çalışırlar.
Bəs bunun əsas səbəbləri nələrdir?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, inkişaf etmiş ölkələrdə insanların pensiyaya çıxmağa üstünlük verməsinin əsas səbəblərindən biri pensiya fondlarında topladıqları vəsaitdən istifadə ilə bağlı daha geniş seçim imkanlarına malik olmalarıdır.
Onun sözlərinə görə, həmin ölkələrdə vətəndaşların pensiya təminatı minimum yaşayış səviyyəsini qarşıladığı üçün insanlar təqaüd dövrünü daha rahat planlaşdıra bilirlər:
“Bir sıra ölkələrdə vətəndaşlar ona görə pensiyaya tez çıxmaq istəyirlər ki, illərlə pensiya fonduna topladıqları kapital üzərində sərbəst qərar vermək imkanları var. Onların pensiya təminatı minimum yaşayışını təmin edən səviyyədə olur. Məsələn, əgər bir şəxsin hesabında illər ərzində 100 min manat vəsait toplanıbsa, həmin pulu necə dəyərləndirəcəyinə özü qərar verir. Bu pulları müxtəlif illərə bölə, investisiya edə və ya başqa formada xərcləyə bilər”.
İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda isə vətəndaşların pensiya fonduna ödədikləri vəsait üzərində belə bir sərbəstlik mövcud deyil:
“Çox təəssüf ki, bizdə bu sistem yoxdur. Hətta bəzi hallarda vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişirsə, illərlə fonda ödədiyi vəsaitdən özü də, ailəsi də yararlana bilmir. Halbuki həmin vəsait onun şəxsi puludur. Bir sıra ölkələrdə bu vəsaitlər banklarda depozit kimi yerləşdirilir, əlavə gəlir əldə olunur. Azərbaycanda isə belə imkanlar yoxdur.
Pensiyaya çıxan insanların əksəriyyətinin aldığı təqaüd onların bütün ehtiyaclarını qarşılamağa kifayət etmir. Buna görə də insanlar çalışırlar ki, işləməyə davam etsinlər və əlavə gəlir qazansınlar. Faktiki olaraq, bir çox vətəndaş pensiya yaşına çatsa belə, maddi səbəblərdən əmək fəaliyyətini dayandıra bilmir”.
Ekspertin fikrincə, pensiya sistemində vətəndaşların topladıqları vəsait üzərində daha geniş hüquqlara malik olması və pensiya təminatının gücləndirilməsi gələcəkdə insanların təqaüdə çıxmağa münasibətini dəyişə bilər.
09:59 / 07 İyul 2026
1
09:58 / 07 İyul 2026
90
09:38 / 07 İyul 2026
234
09:34 / 07 İyul 2026
58
09:27 / 07 İyul 2026
41
09:24 / 07 İyul 2026
53
09:16 / 07 İyul 2026
188
09:11 / 07 İyul 2026
147
09:08 / 07 İyul 2026
48
00:44 / 07 İyul 2026
148
00:18 / 07 İyul 2026
658
00:16 / 07 İyul 2026
156
00:12 / 07 İyul 2026
145
00:10 / 07 İyul 2026
312
00:02 / 07 İyul 2026
140
23:56 / 06 İyul 2026
248
23:56 / 06 İyul 2026
133
23:46 / 06 İyul 2026
698
23:41 / 06 İyul 2026
268
23:32 / 06 İyul 2026
312
23:08 / 06 İyul 2026
1422
23:02 / 06 İyul 2026
634
22:53 / 06 İyul 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.