Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4614
03.06.2026, 11:48
Azərbaycan qazı növbəti 100 ildə də dünyanın DİQQƏTİNDƏ OLACAQ!
Xəbər verdiyimiz kimi, Bakıda öz işinə başlayan 31-ci "Baku Energy Forum"unun rəsmi açılış mərasimi növbəti dəfə qlobal enerji xəritəsində Azərbaycanın strateji rolunu ön plana çıxarıb. Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin enerji potensialı ilə bağlı mühüm bəyanatlarla çıxış edib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, Azərbaycanın mövcud qaz ehtiyatları, ən azı, növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarının tələbatını ödəməyə kifayət edəcək.
Prezidentin qeyd etdiyi bu strateji hədəflər və ölkəmizin real qaz potensialının iqtisadi-geoloji mənzərəsini Oxu24.com-a şərh edən Milli Məclisin deputatı, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycan təbii qaz ehtiyatlarına görə dünyada öndə olan ölkələrdən biridir.
Deputat bildirib ki, bəzi beynəlxalq şirkətlərin qiymətləndirmələrinə görə, təbii qaz ehtiyatlarına görə Azərbaycan dünyada ilk 12-likdə bərqərar olub. Kəşf olunan təbii qaz ehtiyatlarına görə isə ölkəmiz ilk 17-likdə qərarlaşıb.
V.Bayramov rəsmi rəqəmlər arasındakı fərqlərə toxunaraq qeyd edib:
“Bununla bağlı fərqli rəqəmlər var. BP Azərbaycanın təbii qaz ehtiyatlarının 2.5 trilyon kubmetrdən artıq olduğunu bildirir. Amerika Birləşmiş Ştatlarının Enerji İnformasiya İdarəsi 2 trilyon kubmetrdən artıq olduğunu bəyan edib. Amma müstəqil qiymətləndirmələr göstərir ki, təxminən Azərbaycanda kəşf olunmuş ehtiyatlar 3 trilyon kubmetrə yaxındır. Bu da növbəti yüz ildə Azərbaycanı və təbii ki, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələri qazla təmin edilməsinə imkan yaradır".
İxrac coğrafiyasının genişlənməsi məsələsinə toxunan millət vəkili hazırda bu istiqamətdə çox dinamik bir prosesin getdiyini vurğulayıb:
“Sözsüz, coğrafiya — ixrac coğrafiyası genişlənir. Artıq 16 ölkəyə Azərbaycan təbii qaz nəql edilir. Onlardan 12-si Avropa İttifaqının üzvü olan ölkədir. Və eyni zamanda son illər Azərbaycan Avropaya 57 milyard kubmetrdən artıq qaz nəql edib".
Ekspertin sözlərinə görə, Azərbaycan qazına maraq göstərən yeni ölkələrin sayı durmadan artır:
“Bir sıra ölkələr Azərbaycanın təbii qazını almaqda maraqlı olduqlarını bəyan ediblər, bununla bağlı danışıqlar gedir. O cümlədən Çexiya Respublikası ilə bu istiqamətdə danışıqlar aparılır. Ona görə gözlənti ondan ibarətdir ki, bu, Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsinə və növbəti dövrlərdə daha çox ölkələrin Azərbaycan təbii qazından istifadəsinə imkan yaradacaq".
Çimnaz Telmanqızı
01:04 / 10 İyun 2026
78
00:24 / 10 İyun 2026
103
00:01 / 10 İyun 2026
100
23:52 / 09 İyun 2026
122
23:36 / 09 İyun 2026
212
23:26 / 09 İyun 2026
109
23:23 / 09 İyun 2026
101
23:15 / 09 İyun 2026
103
23:09 / 09 İyun 2026
94
23:03 / 09 İyun 2026
141
22:59 / 09 İyun 2026
217
22:52 / 09 İyun 2026
360
22:41 / 09 İyun 2026
98
22:06 / 09 İyun 2026
98
21:47 / 09 İyun 2026
109
21:29 / 09 İyun 2026
145
21:23 / 09 İyun 2026
106
21:11 / 09 İyun 2026
141
21:01 / 09 İyun 2026
105
21:00 / 09 İyun 2026
108
20:40 / 09 İyun 2026
132
20:27 / 09 İyun 2026
127
20:10 / 09 İyun 2026
1073
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.