1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10033
04.06.2026, 00:14
"Hazırda Azərbaycan əhalisinin 2 milyon 414 mindən çoxunu qadınlar təşkil edir. Eyni zamanda, işçi qüvvəsində qadınların sayı 2 milyon nəfərdən artıqdır. Bununla belə, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının təxminən 69,1 faizinə bərabərdir".
Oxu24.com xəbər verir ki, bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, beynəlxalq praktikada bu göstərici adətən 77-80 faiz arasında dəyişir, Avropa İttifaqına üzv bir çox ölkələrdə isə 80 faizdən yüksəkdir:
"Bunun müəyyən obyektiv səbəbləri mövcuddur. Belə ki, qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan qadınların 242 mindən çoxu məhz bu sektorda fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizinin təhsil sahəsində çalışması deməkdir".
Vüqar Bayramov hesab edir ki, qadınların iqtisadi güclənməsi onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini tələb edir:
"Bu baxımdan məqsədəuyğun olardı ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadın sahibkarların maliyyələşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilsin. Hazırda fondun ayırdığı kreditlərdə qadın sahibkarların payı hələ də aşağı səviyyədədir. Bu istiqamətdə xüsusi prioritetlərin müəyyən edilməsi onların maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Digər mühüm məsələ pensiya təminatı ilə bağlıdır. Qadınlarla kişilər arasında əməkhaqqı fərqi mövcud olduğu müddətdə yaşa görə əmək pensiyası hesablanarkən qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi imkanları nəzərdən keçirilə bilər. Bir sıra inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bu təcrübə qadınların gələcək pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir.
Eyni zamanda pensiya yaşı ilə bağlı güzəştlərə yenidən baxılması, yalnız yaş meyarı deyil, həm də sosial və keyfiyyət göstəricilərinin nəzərə alınması məqsədəuyğun olardı. Xüsusilə tək qadınların daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi təsbit edilməsi müzakirə oluna bilər".
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.