Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
02.06.2026, 22:08
İsrailin xarici kəşfiyyat xidməti olan "Mossad"ın vəzifəsindən ayrılan rəhbəri David Barnea İranda mövcud siyasi sistemin dəyişdirilməsi ilə bağlı diqqətçəkən açıqlama verib.
Oxu24.com xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, Barnea təqaüdə yola salınması münasibətilə keçirilən mərasimdə çıxış edərək bildirib ki, İsrail İranla bağlı strateji məqsədlərindən geri çəkilməməlidir. Onun sözlərinə görə, son hərbi qarşıdurmalardan sonra İran hakimiyyəti tarixinin ən çətin və zəif dövrlərindən birini yaşayır və bu vəziyyət İsrail üçün yeni imkanlar yaradır.
Keçmiş "Mossad" rəhbəri vurğulayıb ki, o, uzun illərdir İranda siyasi sistemin dəyişməsinin mümkün olduğuna inanır və bu fikrində qalır.
Barnea bildirib: “Mən inanırdım və hələ də inanıram ki, İranda reallığın rejimin devrilməsi yolu ilə dəyişdirilməsi mümkün və nail oluna biləcək məqsəddir.”
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün davamlı fəaliyyət, strateji səbir, soyuqqanlı yanaşma və missiyaya tam sadiqlik tələb olunur. O qeyd edib ki, bu istiqamət İsrail təhlükəsizlik sisteminin əsas prioritetlərindən biri olaraq qalmalıdır.
Barneanın istefa mərasimi zamanı İsrailin baş naziri Benjamin Netanyahu da İranla bağlı sərt mesajlar verib. Netanyahu bildirib ki, İran artıq çox ağır zərbələr alıb və ölkədəki mövcud rejimin təməlləri sarsılıb.
Baş nazirin sözlərinə görə, Tehran əvvəlki gücündə deyil və gələcəkdə daha ciddi daxili problemlərlə üzləşə bilər.
Xatırladaq ki, David Barnea 2021-ci ildən "Mossad"a rəhbərlik edib. İsrail hökuməti artıq onun yerinə yeni rəhbərin təyin olunmasını təsdiqləyib və yaxın günlərdə vəzifəni Roman Gofman təhvil alacaq.Musavat.com
01:50 / 11 Noyabr 2026
146
01:00 / 11 Noyabr 2026
131
00:31 / 11 Noyabr 2026
156
23:59 / 10 Noyabr 2026
168
23:57 / 10 Noyabr 2026
188
23:55 / 10 Noyabr 2026
508
23:53 / 10 Noyabr 2026
211
23:47 / 10 Noyabr 2026
1296
23:43 / 10 Noyabr 2026
179
23:39 / 10 Noyabr 2026
184
23:28 / 10 Noyabr 2026
381
23:27 / 10 Noyabr 2026
783
23:17 / 10 Noyabr 2026
1304
23:15 / 10 Noyabr 2026
190
23:00 / 10 Noyabr 2026
152
22:58 / 10 Noyabr 2026
185
22:55 / 10 Noyabr 2026
170
22:35 / 10 Noyabr 2026
151
22:30 / 10 Noyabr 2026
423
22:27 / 10 Noyabr 2026
134
22:19 / 10 Noyabr 2026
166
22:04 / 10 Noyabr 2026
247
21:55 / 10 Noyabr 2026
774
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.