İmişlidə ağır qəza - ÖLƏN VAR
21 Avqust 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1006
02.06.2026, 20:00
Bakı Enerji Həftəsi və 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu çərçivəsində ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən mühüm sənədlər imzalanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən ABŞ, Türkiyə, Serbiya, San-Marino və Fransa kimi müxtəlif ölkələrin qabaqcıl şirkət və qurumları ilə ümumi maliyyə dəyəri 7,5 milyard dollar olan bir sıra irimiqyaslı saziş və memorandumlar rəsmiləşdirilib. İqtisadiyyat, enerji, investisiya və rəqəmsal texnologiyalar sahələrini əhatə edən bu nəhəng müqavilələr paketi Azərbaycanın qeyri-neft sektorunun inkişafı və beynəlxalq arenada mövqeyinin güclənməsi baxımından yeni bir mərhələnin əsasını qoyur.
Sözügedən sənədlərin ölkə iqtisadiyyatına verəcəyi real töhfələr, gözlənilən dividentlər və layihələrin icra perspektivləri barədə Oxu24.com-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri, iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bu addım Azərbaycanın iqtisadi inkişaf strategiyası baxımından mühüm hadisə hesab oluna bilər:
“Bu sənədlər təkcə enerji sektorunu deyil, həm də investisiya, rəqəmsal texnologiyalar, sənaye və innovasiya sahələrini əhatə etdiyindən onların iqtisadi təsiri çoxşaxəli olacaq. İlk növbədə, bu həcmdə investisiya niyyətlərinin ortaya çıxması ölkəyə xarici kapital axınının artmasına təkan verəcək. Xarici investisiyalar yeni istehsal güclərinin yaradılması, infrastrukturun modernləşdirilməsi və texnologiya transferi baxımından əhəmiyyətlidir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər”.
İqtisadçı ölkəmizin regiondakı ənənəvi liderlik rolunun yeni müqavilələrlə daha da möhkəmlənəcəyini vurğulayaraq, enerji sektorundakı perspektivlərdən bəhs edib:
“Enerji sahəsində imzalanan sənədlər Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər. Xüsusilə bərpa olunan enerji, yaşıl enerji ixracı və enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıqlar ölkənin gələcək valyuta gəlirlərinin formalaşmasına müsbət təsir göstərə bilər”.
Rəqəmsal transformasiya və müasir texnologiyaların tətbiqi məsələsinə keçid edən ekspert, bu sahədə yaranacaq yeni imkanları belə şərh edib:
“Rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıqlar isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaqla yanaşı, yüksək ixtisaslı iş yerlərinin yaranmasına şərait yaradacaq. Süni intellekt, rəqəmsal xidmətlər və innovasiya layihələri ölkədə məhsuldarlığın yüksəlməsinə və biznes mühitinin təkmilləşməsinə kömək edə bilər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, memorandumlar və sazişlər hələlik niyyət və əməkdaşlıq sənədləridir. Onların real iqtisadi nəticələri layihələrin icra səviyyəsindən, maliyyələşmənin həyata keçirilməsindən və investisiyaların faktiki olaraq ölkəyə daxil olmasından asılı olacaq. Buna görə də 7,5 milyard dolların tam həcmdə iqtisadiyyata təsiri yalnız layihələrin mərhələli şəkildə reallaşması fonunda özünü göstərəcək”.
Asif İbrahimov fikirlərini yekunlaşdırarkən bu genişmiqyaslı əməkdaşlığın Azərbaycanın beynəlxalq imicinə təsirini yüksək qiymətləndirib: “Ümumilikdə, sözügedən sənədlər Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyinin artdığını, ölkənin enerji və iqtisadi diplomatiyasının yeni mərhələyə keçdiyini göstərir və orta-uzun müddətli perspektivdə iqtisadi artımın sürətlənməsinə müsbət töhfə verə bilər".
Çimnaz Telmanqızı
23:49 / 21 Avqust 2026
24
23:00 / 21 Avqust 2026
34
22:39 / 21 Avqust 2026
35
22:25 / 21 Avqust 2026
55
22:11 / 21 Avqust 2026
62
21:57 / 21 Avqust 2026
73
21:30 / 21 Avqust 2026
66
20:56 / 21 Avqust 2026
73
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
78
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
99
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.