1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2355
02.06.2026, 09:30
Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyyat növlərindən pulsuz istifadə etməsi ilə bağlı təşəbbüs gündəmə gəlib.
Bəs Azərbaycanda da hamilə qadınlar, yaşlılar və tələbələr üçün gedişhaqqıda güzəştlərin tətbiqi mümkündürmü?
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, hazırda ölkəmizdə həssas qruplar (tələbələr, pensiyaçılar, əlilliyi olan şəxslər və s.) üçün ictimai nəqliyyatda ümumi gedişhaqqı güzəşti nəzərdə tutulmayıb:
“Bəzi ölkələrdə tələbələr üçün endirimli aylıq və ya illik nəqliyyat kartları təqdim edilir, yaşlı şəxslər və pensiyaçılar üçün pulsuz və ya güzəştli gediş imkanları yaradılır, əlilliyi olan şəxslər üçün isə xüsusi imtiyazlar tətbiq olunur.
Hamilə qadınlar üçün bəzi ölkələrdə pulsuz gedişdən daha çox prioritet xidmətlər, xüsusi oturacaqlar və müəyyən güzəştlər nəzərdə tutulur”.
Professor qeyd edib ki, Azərbaycanda da belə bir mexanizmin tətbiqi hüquqi baxımdan mümkündür:
“Lakin bunun üçün dövlət səviyyəsində müvafiq qərarlar qəbul edilməli, maliyyələşdirmə mexanizmi müəyyənləşdirilməli və nəqliyyat operatorlarının itkilərinin kompensasiya olunması təmin edilməlidir.
Ölkəmizdə belə güzəştlərin tətbiqi əsasən üç amildən asılıdır: Birincisi, sosial siyasət prioritetləridir. Yəni dövlət hansı qrupların əlavə dəstəyə ehtiyac duyduğunu müəyyən etməlidir. İkincisi, büdcə imkanlarıdır. Bu güzəştlərin dövlət büdcəsinə və nəqliyyat sektoruna maliyyə yükü əvvəlcədən hesablanmalıdır. Üçüncüsü isə nəqliyyat sisteminin hazırlığıdır. Güzəştli və ya pulsuz gediş hüququnun elektron kartlar və digər rəqəmsal alətlər vasitəsilə idarə olunması təmin edilməlidir”.
R.Sabir vurğulayıb ki, mütəxəssislər arasında ictimai nəqliyyatda güzəştlərin tətbiqinə münasibət birmənalı deyil:
“Bir qrup ekspert hesab edir ki, tələbələr və digər həssas qruplar üçün nəzərdə tutulan güzəştlər sosial müdafiəni gücləndirir və onların rifahına müsbət təsir göstərir. Digər qrup isə belə güzəştlərin nəqliyyat sektorunda əlavə maliyyə yükü yaratdığını bildirir. Fikrimcə, düzgün maliyyələşdirmə mexanizmi qurulduğu təqdirdə, bu cür güzəştlər həssas qrupların sosial müdafiəsini gücləndirməklə yanaşı, cəmiyyətdə sosial sabitliyin möhkəmlənməsinə də töhfə verə bilər”.
00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.