Taksi sürücülərinə VACİB XƏBƏR
11 Noyabr 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
591
01.06.2026, 16:08
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən Oxu24.com-a verilən məlumata görə, proses iyunun 1-dən iyunun 8-dək aparılacaq.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd2/PageParol.aspx) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 21 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.
01:50 / 11 Noyabr 2026
280
01:00 / 11 Noyabr 2026
184
00:31 / 11 Noyabr 2026
246
23:59 / 10 Noyabr 2026
221
23:57 / 10 Noyabr 2026
262
23:55 / 10 Noyabr 2026
726
23:53 / 10 Noyabr 2026
274
23:47 / 10 Noyabr 2026
1452
23:43 / 10 Noyabr 2026
245
23:39 / 10 Noyabr 2026
212
23:28 / 10 Noyabr 2026
420
23:27 / 10 Noyabr 2026
1055
23:17 / 10 Noyabr 2026
1619
23:15 / 10 Noyabr 2026
212
23:00 / 10 Noyabr 2026
171
22:58 / 10 Noyabr 2026
209
22:55 / 10 Noyabr 2026
187
22:35 / 10 Noyabr 2026
170
22:30 / 10 Noyabr 2026
513
22:27 / 10 Noyabr 2026
143
22:19 / 10 Noyabr 2026
185
22:04 / 10 Noyabr 2026
275
21:55 / 10 Noyabr 2026
922
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.