Pensiya və maaşların verilməsi ilə bağlı YENİLİK – Vətəndaşlar sevinəcək
11 Noyabr 2026, 08:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9562
31.05.2026, 23:08
Sabahdan – 1 iyun 2026-cı il tarixindən etibarən Dövlət Gömrük Komitəsinin “Sart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minir.
Oxu24.com xəbər verir ki, yeni qaydalara əsasən, artıq identifikasiya nömrəsi (FİN və parol) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə mümkün olmayacaq.
Artıq vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Bu məqsədlə istifadəçilər üçün təqdim olunan həllər arasında ən sürətli və rahat seçim SİMA rəqəmsal imzadır.
“SİMA İmza” vasitəsilə istifadəçilər əlavə fiziki daşıyıcıya ehtiyac olmadan, bir neçə dəqiqə ərzində mobil cihaz üzərindən elektron imza əldə edə və gömrük xidmətlərinə təhlükəsiz şəkildə çıxış edə bilərlər. Üztanıma texnologiyası ilə çalışan “SİMA İmza” istifadəçilərə məsafədən, operativ və təhlükəsiz identifikasiya imkanı yaradır.
Yeni qaydaların tətbiqini nəzərə alaraq, elektron ticarət bəyannamələrini rahat və fasiləsiz şəkildə təqdim etmək istəyən vətəndaşlara SİMA rəqəmsqal imzasını əvvəlcədən əldə etmələri tövsiyə olunur.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
08:58 / 11 Noyabr 2026
45
08:53 / 11 Noyabr 2026
72
01:50 / 11 Noyabr 2026
307
01:00 / 11 Noyabr 2026
188
00:31 / 11 Noyabr 2026
263
23:59 / 10 Noyabr 2026
227
23:57 / 10 Noyabr 2026
278
23:55 / 10 Noyabr 2026
776
23:53 / 10 Noyabr 2026
285
23:47 / 10 Noyabr 2026
1496
23:43 / 10 Noyabr 2026
256
23:39 / 10 Noyabr 2026
216
23:28 / 10 Noyabr 2026
430
23:27 / 10 Noyabr 2026
1099
23:17 / 10 Noyabr 2026
1691
23:15 / 10 Noyabr 2026
217
23:00 / 10 Noyabr 2026
172
22:58 / 10 Noyabr 2026
214
22:55 / 10 Noyabr 2026
190
22:35 / 10 Noyabr 2026
173
22:30 / 10 Noyabr 2026
532
22:27 / 10 Noyabr 2026
146
22:19 / 10 Noyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.