Bakıda bu yollarda sıxlıq var - SİYAHI
11 Noyabr 2026, 09:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
620
31.05.2026, 14:16
Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərəcək “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər, tələbələrlə iş üzrə mütəxəssis və layihə koordinatoru vəzifələri üzrə vakansiya elan olunub. Bu barədə məlumat universitetin sosial media hesablarında paylaşılıb.
Oxu24.com xəbər verir ki, tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər AZSET çərçivəsində aparılacaq tədris üzrə dərs cədvəlinin hazırlanması, dərs yükün təşkili, “TUM International” şirkətinin kurikulumunun tətbiq prosesinin koordinasiyası və hər tədris ilinin başlanılmasına qədər bütün keyfiyyət təminatı mexanizmlərinin yerinə yetirilməsini təmin edəcək.
Tələbələrlə iş üzrə mütəxəssis AZSET-də təhsil alacaq tələbələrə yönəlik kommunikasiyanı, yeni qəbul olunan tələbələrin müqavilə posedurlarının koordinasiyasını və bunlarla bağlı AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan sənəd dövriyyəsini idarə edəcək.
Layihə koordinatoru AZSET-in bütün inzibati məsələlərinin əlaqələndirilməsinə kömək edəcək, tədbirlərin və imtahanların təşkili məsələlərini idarə edəcək, habelə gündəlik inzibati işlərdə hərtərəfli dəstək göstərəcək.
Maraqlanan şəxslər vəzifələrlə bağlı tələblər və digər məlumatları AzTU-nun saytından (www.aztu.edu.az)və ya sosial media hesablarından oxuya bilərlər.
Qeyd edək ki, AzTU nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.
09:29 / 11 Noyabr 2026
25
09:25 / 11 Noyabr 2026
38
09:24 / 11 Noyabr 2026
44
09:22 / 11 Noyabr 2026
53
09:20 / 11 Noyabr 2026
50
08:58 / 11 Noyabr 2026
96
08:53 / 11 Noyabr 2026
153
01:50 / 11 Noyabr 2026
339
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
276
23:59 / 10 Noyabr 2026
237
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
805
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1515
23:43 / 10 Noyabr 2026
264
23:39 / 10 Noyabr 2026
221
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1134
23:17 / 10 Noyabr 2026
1742
23:15 / 10 Noyabr 2026
224
23:00 / 10 Noyabr 2026
178
22:58 / 10 Noyabr 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.