Bakıda bu yollarda sıxlıq var - SİYAHI
11 Noyabr 2026, 09:29
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1351
31.05.2026, 12:38
“Qızlar, görüşümüz qaldı. Deyirlər, Anar rəhmətə gedib”
Oxu24.com xəbər verir ki, 20 il sonra sinif yoldaşlarımızla şeytanın qıçını qırıb bir araya gəlməyi planlayırdıq. Elə çoxunu illərdir görmürdüm. Aylarla müzakirə apardıq, nəhayət, mayın 31-nə görüş təyin etdik.
Ən çox yük Anarın üzərinə düşmüşdü. Restoran tapmaq, menyu seçmək, vaxtı dəqiqləşdirmək, müəllimləri dəvət etmək, gül almaq... Təcrübəsi olanlar bilir, elə çətindir tədbirin məsuliyyətini üzərinə götürmək. Anar həm də sinif rəhbərimiz Nailə müəllimin oğlu idi. Bir yerdə gələcəkdilər.
Elə sevgi ilə bu işi görürdü, bizi bir araya yığmaq istəyirdi. Hər şey hazır idi, günləri iplə çəkirdik.
Qurban bayramının ilk günü vatsapda yaratdığımız “sinif yoldaşları” qrupunda görüşlə bağlı müzakirələr aparırdıq, cəmi 3 gün qalmışdı, çox həyəcanlı idik. Söhbətin əvvəli və sonu da “Anar belə dedi, Anar bunu dedi” idi.
Mən də vaxt olduqca səslərə daha diqqətlə qulaq asırdım. Birdən o səs gəldi. “Qızlar, görüşümüz qaldı, Anar rəhmətə gedib...”
Heç kim inanmır, hamı elə bilir bu da məktəb vaxtından qalan bəzi mənasız zarafatlardan biridir. Axı xoşlayırdıq dərsə hazır olmayanda “nənəm ölüb, rayona getmişdik” kimi “şirin” yalanları. Ciddiyə ala bilmirdik mövzunu, necə ola bilər, bir saat əvvəl bayramını təbrik edən şəxs artıq həyatda olmasın?! Həyat bu qədər də qısa ola bilməzdi.
Olurmuş, yatıb oyanmaya da bilirsən.
Anar çox arzuladı ki, bizi bir araya gətirsin, asan deyil, 20 ildir bir araya gələ bilmirdik. Nə xeyirdə, nə şərdə...
Arzun reallaşdı, bizi yenə sən bir araya gətirdin. Dünən üç mərasimində sənin üçün yığışdıq, bir-birimizlə yenidən tanış olduq. Hamı böyümüşdü, dəyişmişdi. 20 ildə çox hadisələr baş verib. Bağışla, təkcə səni yenidən tanıya bilmədik, yaddaşımıza “Son zəng”də vidalaşdığımız Anar kimi yazdıq…
Ruhun şad olsun!/qafqazinfo/
09:29 / 11 Noyabr 2026
25
09:25 / 11 Noyabr 2026
38
09:24 / 11 Noyabr 2026
44
09:22 / 11 Noyabr 2026
53
09:20 / 11 Noyabr 2026
50
08:58 / 11 Noyabr 2026
96
08:53 / 11 Noyabr 2026
153
01:50 / 11 Noyabr 2026
339
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
276
23:59 / 10 Noyabr 2026
237
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
805
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1515
23:43 / 10 Noyabr 2026
264
23:39 / 10 Noyabr 2026
221
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1134
23:17 / 10 Noyabr 2026
1742
23:15 / 10 Noyabr 2026
224
23:00 / 10 Noyabr 2026
178
22:58 / 10 Noyabr 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.