Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
683
30.05.2026, 23:21
Taksi fəaliyyəti üçün VÖEN açdırmışdım, ancaq avtomobilin istehsal tarixi bu fəaliyyəti həyata keçirməyə imkan verməyidi üçün işə başlaya bilmədim. Bu səbəbdən, VÖEN-i dondurmaq istəyirəm. Bunun üçün nə etməliyəm?
Oxu24.com bildirir ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Sorğuya cavab olaraq bildirilib ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler
Fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı: https://youtu.be/fo9rBr6-4V8
Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Nigar
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.