Ələt qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
27 İyul 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5380
30.05.2026, 21:19
Qeyri-neft sektorunda çalışan işçinin yekun hesablanmış aylıq gəlir məbləği 2.500 manatdan çox olarsa, ona vergi güzəşti hansı qaydada tətbiq ediləcək? Məsələn, işdən çıxan işçinin yekun hesablanmış cəmi əməkhaqqı 2.900 manat (istifadə etmədiyi məzuniyyətə görə kompensasiya məbləği – 1.400 manat, əməkhaqqı – 1.500 manat) olub. İşçi məcburi köçkün olduğu üçün onun 100 manat da əlavə güzəşt hüququ vardır. Belə olan halda, gəlir vergisi necə hesablanacaq?
Oxu24.com bildirir ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.
2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2.500 manatadək olduqda 3 faiz, 2.500 manatdan 8.000 manatadək olduqda 75 manat + 2.500 manatdan 8.000 manatadək olan məbləğin 10 faizi, 8.000 manatdan çox olduqda 625 manat + 8.000 manatdan çox olan məbləğin 14 faizi qədər tutulur.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.
Həmçinin, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.
Sorğuya cavab olaraq bildirilib ki, işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əməkhaqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri
19:15 / 27 İyul 2026
45
19:13 / 27 İyul 2026
49
19:02 / 27 İyul 2026
46
18:48 / 27 İyul 2026
340
18:45 / 27 İyul 2026
70
18:33 / 27 İyul 2026
60
18:30 / 27 İyul 2026
460
18:22 / 27 İyul 2026
63
18:20 / 27 İyul 2026
2855
18:10 / 27 İyul 2026
66
17:59 / 27 İyul 2026
71
17:40 / 27 İyul 2026
80
17:23 / 27 İyul 2026
165
17:07 / 27 İyul 2026
84
17:00 / 27 İyul 2026
84
16:42 / 27 İyul 2026
76
16:21 / 27 İyul 2026
80
16:18 / 27 İyul 2026
208
16:16 / 27 İyul 2026
101
15:59 / 27 İyul 2026
108
15:45 / 27 İyul 2026
92
15:21 / 27 İyul 2026
100
15:20 / 27 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.