1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
636
30.05.2026, 21:59
Cəmiyyət Günay Ağamalı, Mirşahin və Səidə Bəkirqızı açıqlamalarına mənfi reaksiyasında əsasən haqlıdır. Lakin tənqid həmin şəxslərə aqressiv tonda olmamalı, linç edilməməli, hücuma çevrilməməlidir.
O ki qaldı Səidəyə, bu xanım onsuz da qaçqın və məcburi köçkünlər məsələsində özü haqqında kifayət qədər mənfi imic formalaşdırmışdı. O, etik olmayan yanaşma ilə onillərdir öz torpaqlarından didərgin düşmüş insanlar haqqında arzu olunmayan müzakirələrə yol açmışdı. Etik olmayan yanaşmasını bir azdan izah edəcəm. Amma indi bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bəkirqızı özü bilə-bilə, qəsdən insanların ağrısını kiçiltmək məqsədini güdür. O, çıxışlarının hansı effekt verəcəyini qabaqcadan bilir deyə belə sərt təpkilərə əhəmiyyət vermir. Çünki onunkimilər cəmiyyətdə ayrı-seçkiliyə zəmin yaratmaq üçün dəridən-qabıqdan çıxır, sosial gərginliyi artırmaq üçün gözləri hədəqədən çıxana kimi danışır. Hər kəs bilməsə də, bu sahənin adamları yaxşı bilir ki, belə davranışlar populizmdir və bir qədər də sərt desək, auditoriya “dilənçiliyi”dir.
Bəzi blogerlər izləyici qazanmaq üçün cəmiyyətin müəyyən hissəsinin əvvəlcədən sahib olduğu “qınamaq” maşınını işə salır, tənqidi düşüncə əvəzinə emosional ritorikaya üstünlük verirlər.
Qaçqınlara qarşı mənfi mövqe, kişiləri aşağılayan ifadə Səidə tərəfindən bu qruplara qarşı üstünlük hissinin nümayişidir. Bəkirin qızı çox yaxşı dərk edir ki, onun çıxışları heç bir həmrəylik qazanmır, əksinə cəmiyyəti qütbləşdirir.
Səidəni çox da yaxşı tanımıram, amma mənə görə, bu xanım sosial medianın gücündən istifadə edərək cəmiyyətdə böyük qıcıq yaradır. Bayaq dediyim etik problemə qayıdıram. Sosial təminatı zəif olanlara qarşı belə mövqe onun tərəfindən sistemli şəkildə həyata keçirilir ki, bu da ciddi etik məsələdir. Bu problemin əsas məğzi də elə budur: auditoriyaya yanlış dəyərlər haqqında mesajlar verir. Qısası, bu davranış üslubu sosial məsuliyyətsizlik və empatiya çatışmazlığının sistematik təzahürüdür.
KONKRET.az
00:03 / 22 Avqust 2026
17
23:49 / 21 Avqust 2026
46
23:00 / 21 Avqust 2026
53
22:39 / 21 Avqust 2026
53
22:25 / 21 Avqust 2026
64
22:11 / 21 Avqust 2026
71
21:57 / 21 Avqust 2026
83
21:30 / 21 Avqust 2026
73
20:56 / 21 Avqust 2026
78
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
79
19:42 / 21 Avqust 2026
92
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
169
18:46 / 21 Avqust 2026
100
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
95
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
114
17:59 / 21 Avqust 2026
98
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
102
17:10 / 21 Avqust 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.