Rəis qəfil VƏFAT ETDİ
11 Noyabr 2026, 09:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
845
30.05.2026, 20:10
Pomidor kolları tək əkildikdə həmişə yüksək məhsul vermir. Bağbanlar bildirirlər ki, bəzi bitkilər pomidorun yanında əkildikdə həm məhsuldarlığı artırır, həm də bitkini zərərvericilərdən qorumağa kömək edir. Mütəxəssislər “qarışıq əkin” üsulunu tövsiyə edirlər. Bu üsul kimyəvi vasitələrdən daha az istifadə etməyə və daha sağlam məhsul əldə etməyə imkan yaradır.
Oxu24.com xəbər verir ki, pomidorun yanında reyhan, nasturasiya və məxməriçiçək əkmək xüsusilə faydalıdır. Bu bitkilər zərərvericiləri uzaqlaşdırmaqla yanaşı, pomidorun dadına da müsbət təsir göstərə bilər. Nasturasiya xüsusilə ağ milçək və mənənə kimi yay mövsümündə tez-tez rast gəlinən zərərvericilərlə mübarizədə kömək edir. Pomidor üçün yaxşı qonşu hesab edilən digər bitkilər isə bibər, ispanaq, kahı və yerköküdür. Bu bitkilər pomidor kollarının vegetasiya dövründə daha sağlam inkişaf etməsinə şərait yaradır. Mütəxəssislər bildirirlər ki, bəzi bitkilər zərərvericiləri özünə çəkərək pomidoru qoruyur, bəziləri isə faydalı həşəratları bağa cəlb edir. Məsələn, cəfəri pomidorun inkişafını gücləndirə bilər. Xren isə kartofun yanında əkildikdə onun xəstəliklərə qarşı davamlılığını artırır.
Bununla yanaşı, pomidorun yanında əkilməsi məsləhət görülməyən bitkilər də var. Kartof pomidorla eyni xəstəliklərə meylli olduğu üçün onları yaxın əkmək tövsiyə edilmir. Şüyüd də pomidor üçün uyğun qonşu hesab olunmur. Çünki o, digər bitkilərin inkişafını zəiflədə bilər. Bağbanlar pomidor kollarını mütəmadi yoxlamağı da vacib sayırlar. Yarpaqlarda qara ləkələr və ya büzüşmə xəstəlik əlaməti ola bilər. Daha bol məhsul almaq üçün mövsüm ərzində yan zoğların qoparılması da tövsiyə olunur. Mütəxəssislərin fikrincə, qarışıq əkin üsulu əlavə “kimyəvi” vasitələr olmadan bağın məhsuldarlığını artırmağın ən sadə yollarından biridir.
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.