1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
520
30.05.2026, 19:59
Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır.
Oxu24.com xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbulda çıxışında deyib.
Tədbirdə Britaniya tərəfindən yüksək səviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb: "Fəxr edirəm ki təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcəkdir. Bu prioritetlər iki ölkə arasında artan yüksək səviyyəli səfərlərdə müzakirə edilir".
Britaniyalı nazir bildirib ki getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlğı heç zaman olmadığı qədər önəmlidir.
O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını və dəyərləndirdiyini bildirib.
Britaniyalı nazir ötən ilin dekabrında Azərbaycana səfərini də xoş hisslərlə yada salıb, Azərbaycanın onda dərin təəssürat oyatdığını qeyd edib. Britaniya rəsmisi xüsusən Bakı şəhərində qədimilik və yenilik, eləcə də Şərq və Qərbin vəhdətinə, Azərbaycan xalqının mehribanlığına və qonaqpərvərliyinə heyran qaldığını deyərək məhz Azərbaycana səfər etməklə ölkəni daha yaxından tanımaq imkanının olduğuna diqqət çəkib.
Lord Koaker Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev və Azərbaycanlı rəsmilərlə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.
Qeyd edək ki, Lord Koaker dövlət naziri olmaqla yanaşı, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür. Britaniyanın Londonda Müstəqillik gününə həsr olunmuş təbdirdə dövlət naziri səviyyəsində təmsil olunması iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafını vurğulayıb.

00:03 / 22 Avqust 2026
32
23:49 / 21 Avqust 2026
51
23:00 / 21 Avqust 2026
58
22:39 / 21 Avqust 2026
58
22:25 / 21 Avqust 2026
67
22:11 / 21 Avqust 2026
73
21:57 / 21 Avqust 2026
85
21:30 / 21 Avqust 2026
76
20:56 / 21 Avqust 2026
80
20:52 / 21 Avqust 2026
68
20:14 / 21 Avqust 2026
81
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
96
19:08 / 21 Avqust 2026
173
18:46 / 21 Avqust 2026
102
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
116
17:59 / 21 Avqust 2026
101
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
106
17:10 / 21 Avqust 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.