Qaynar xətt:

(+99450) 247 90 86

Onkoloji və reabilitasiya xidmətləri sığortaya daxil ediləcək

Onkoloji və reabilitasiya xidmətləri sığortaya daxil ediləcək

CƏMİYYƏT

196

29.05.2026, 16:56

Azərbaycanda İcbari Tibbi Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Xüsusilə xroniki xəstəliklər, reabilitasiya və psixi sağlamlıq xidmətlərinin paketə daxil edilməsi vətəndaşların ən çox gözlədiyi istiqamətlər sırasında göstərilir. Mütəxəssislər hesab edir ki, gələcək mərhələdə səhiyyə xidmətlərinin daha geniş əhatə olunması həm əlçatanlığı artıracaq, həm də əhalinin maliyyə yükünü azaldacaq.

 Oxu24.com məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, İcbari Tibbi Sığorta sistemi son illərin ən mühüm səhiyyə islahatlarından biridir.

Onun sözlərinə görə, sistem artıq minlərlə vətəndaşın əvvəllər əlçatmaz hesab etdiyi tibbi xidmətlərdən istifadə etməsinə imkan yaradıb:

“İcbari Tibbi Sığorta sisteminin inkişafı dinamik prosesdir və onun əhatə dairəsinin genişləndirilməsi daim gündəmdə olmalıdır”.

Deputat qeyd edib ki, gələcək mərhələdə xüsusilə bir sıra vacib tibbi istiqamətlər üzrə xidmətlərin genişləndirilməsi nəzərdən keçirilə bilər:

“Ürək-damar xəstəlikləri, onkoloji xəstəliklər, şəkərli diabet və metabolik sindrom, nevroloji və reabilitasiya xidmətləri üzrə daha geniş əhatə imkanları mümkündür”.