SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
504
29.05.2026, 17:09
Bu gün Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub.
Bu barədə Oxu24.com a Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.
"Bu nümayəndəlik ofisinin təsis edilməsi Çin turizm sektorunda əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə, Azərbaycanın zəngin turizm məhsulları və bənzərsiz turizm potensialı haqqında məlumatlılığın yüksəldilməsinə, həmçinin ölkəmizin Çin bazarındakı tanıtım işlərinin genişmiqyaslı aparılmasına yönəlib", - məlumatda qeyd olunub.
Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də hər iki dövlətin turizm sahəsi və media təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən F. Nağıyev vurğulayıb ki, Pekində nümayəndəliyin fəaliyyətə başlaması Azərbaycanın Çin bazarına xüsusi strateji önəm verdiyini əks etdirir. O bildirib ki, son dövrlərdə iki ölkə arasında turizm sahəsindəki əməkdaşlıq sürətlə inkişaf edir, vizasız rejimin tətbiqi və birbaşa aviareyslər bu prosesi daha da sürətləndirir.
F. Nağıyev həmçinin əlavə edib ki, nümayəndəliyin fəaliyyəti Azərbaycanın turizm imkanlarının Çin bazarında daha əhatəli şəkildə təbliğ olunmasına töhfə verəcək.
Tədbir zamanı iştirakçılar Azərbaycan ilə Çin arasında turizm əməkdaşlığının inkişaf perspektivlərini və yeni partnyor imkanlarını müzakirə edərək fikir mübadiləsi aparıblar.
Bundan əlavə, səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti "Trip.com Group" şirkətinin təşkilatçılığı ilə keçirilən "Envision 2026 Global Conference" konfransında iştirak edib. Bu tədbirdə Azərbaycan tərəfi uğurlu əməkdaşlıq və davamlı tərəfdaşlığın təsdiqı olaraq "İlin Strateji Tərəfdaşı" mükafatı ilə təltif olunub.
10:19 / 11 Noyabr 2026
29
10:13 / 11 Noyabr 2026
28
10:10 / 11 Noyabr 2026
55
10:10 / 11 Noyabr 2026
99
10:09 / 11 Noyabr 2026
68
09:56 / 11 Noyabr 2026
58
09:37 / 11 Noyabr 2026
632
09:35 / 11 Noyabr 2026
91
09:29 / 11 Noyabr 2026
79
09:25 / 11 Noyabr 2026
79
09:24 / 11 Noyabr 2026
71
09:22 / 11 Noyabr 2026
102
09:20 / 11 Noyabr 2026
78
08:58 / 11 Noyabr 2026
129
08:53 / 11 Noyabr 2026
406
01:50 / 11 Noyabr 2026
374
01:00 / 11 Noyabr 2026
200
00:31 / 11 Noyabr 2026
284
23:59 / 10 Noyabr 2026
244
23:57 / 10 Noyabr 2026
300
23:55 / 10 Noyabr 2026
874
23:53 / 10 Noyabr 2026
310
23:47 / 10 Noyabr 2026
1543
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.