Azərbaycanla bağlı mühüm xəbər AÇIQLANDI
11 Noyabr 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
630
29.05.2026, 18:19
Rayona səfər planlayan vətəndaşların ən çox qarşılaşdığı məsələlərdən biri də əvvəlcədən alınmış biletlərin geri qaytarılmasıdır.
Bəs alınan bileti qaytarmaq mümkündürmü, ödənilən məbləğ hansı hallarda tam geri verilir, cərimə tətbiqi necə aparılır?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, bilet satışı ilə bağlı qaydalar əsasən bileti satan şirkətin daxili reqlamenti ilə tənzimlənir.
Onun sözlərinə görə, müxtəlif şirkətlər fərqli yanaşmalar tətbiq edə bilər:
“Adətən biletdə göstərilən gediş gününə qədər bileti qaytarmaq mümkündür. Lakin gediş günü artıq biletin geri qaytarılması əksər hallarda mümkün olmur. Məsələn, vətəndaş 25-nə bilet alıbsa və həmin gün bileti qaytarmaq istəyirsə, bu qəbul edilmir. Amma əvvəlki günlərdə müəyyən şərtlərlə bileti geri qaytarmaq mümkündür”.
Vəkil qeyd edib ki, biletin nə qədər əvvəl qaytarılmasından asılı olaraq vətəndaşa ödəniləcək məbləğ də dəyişir:
“Əgər gedişə hələ çox vaxt qalırsa, şirkətlər adətən biletin tam məbləğini geri qaytarırlar. Amma səfər tarixi yaxınlaşdıqca müəyyən cərimələr tətbiq edilir. Məsələn, gedişə 3 gün qalmış bilet qaytarılarsa 10 faiz, 2 gün əvvəl 30, 1 gün əvvəl isə 50 faizədək cərimə tutula bilər”.
Fuad Məmmədov vurğulayıb ki, gediş gününə yaxınlaşdıqca həm cərimə məbləği artır, həm də biletin qaytarılma imkanı azalır.
“Bu məsələlər əsasən bileti satan şirkətin daxili qaydaları ilə tənzimlənir. Oxşar praktika otellərdə bronların ləğvi zamanı da tətbiq olunur”, – deyə o, əlavə edib.
10:19 / 11 Noyabr 2026
29
10:13 / 11 Noyabr 2026
28
10:10 / 11 Noyabr 2026
55
10:10 / 11 Noyabr 2026
99
10:09 / 11 Noyabr 2026
68
09:56 / 11 Noyabr 2026
58
09:37 / 11 Noyabr 2026
632
09:35 / 11 Noyabr 2026
91
09:29 / 11 Noyabr 2026
79
09:25 / 11 Noyabr 2026
79
09:24 / 11 Noyabr 2026
71
09:22 / 11 Noyabr 2026
102
09:20 / 11 Noyabr 2026
78
08:58 / 11 Noyabr 2026
129
08:53 / 11 Noyabr 2026
406
01:50 / 11 Noyabr 2026
374
01:00 / 11 Noyabr 2026
200
00:31 / 11 Noyabr 2026
284
23:59 / 10 Noyabr 2026
244
23:57 / 10 Noyabr 2026
300
23:55 / 10 Noyabr 2026
874
23:53 / 10 Noyabr 2026
310
23:47 / 10 Noyabr 2026
1543
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.