Qaynar xətt:

(+99450) 247 90 86

Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi 

Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi 

CƏMİYYƏT

114

22.05.2026, 23:18

Hüseyn Məmmədov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Oxu24.com  bildirir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

 

Bildirilib ki, Hüseyn Məmmədov bu təyinata qədər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.

 

Qeyd edək ki, H.Məmmədov müxtəlif dövrlərdə turizm və ictimai sektorda rəhbər vəzifələrdə çalışıb. (bizimmedia)