Gəncəyə yeni təyinat: Xidmət rəisindən mühüm əmr - FOTO
15 May 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
60
15.05.2026, 20:55
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib.
Bu barədə Oxu24.com -a idarədən məlumat verilib.
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.
Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.
Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır".
22:01 / 15 May 2026
1
21:31 / 15 May 2026
45
21:21 / 15 May 2026
46
21:10 / 15 May 2026
45
20:59 / 15 May 2026
55
20:22 / 15 May 2026
77
20:06 / 15 May 2026
79
19:57 / 15 May 2026
186
19:47 / 15 May 2026
198
19:38 / 15 May 2026
82
19:17 / 15 May 2026
162
19:09 / 15 May 2026
116
19:01 / 15 May 2026
81
18:50 / 15 May 2026
92
18:40 / 15 May 2026
101
18:28 / 15 May 2026
121
18:07 / 15 May 2026
94
18:00 / 15 May 2026
105
17:47 / 15 May 2026
230
17:12 / 15 May 2026
82
17:00 / 15 May 2026
268
17:00 / 15 May 2026
93
16:56 / 15 May 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.