Qaynar xətt:

(+99450) 247 90 86

Köçəryanın azərbaycanlı atası yenə gündəmdə...  

Köçəryanın azərbaycanlı atası yenə gündəmdə...  

CƏMİYYƏT

1016

15.05.2026, 12:12

Ermənistanda 7 iyun parlament seçkiləri yaxınlaşdıqca, siyasi qüvvələr arasında mübarizə qızışır və bu da qarşılıqlı ittihamlara yol açır. Siyasi liderlər hətta bir-birlərini təhqir etməkdən belə çəkinmirlər. Sanki iyunun 7-nə gedən yol “kim kimi daha ağır təhqir edəcək” müsabiqəsini xatırladır.

Bu “tamaşa”nın canfəşanlıq edən “qəhrəmanları”ndan biri isə eks-prezident Robert Köçəryandır. O, hazırkı baş nazir Nikol Paşinyanı ələ salır - gah “hambal”, gah “türk agenti”, gah da “Qarabağı satan adam” adlandırır.

Köçəryan eyni zamanda, Paşinyanın 300 min azərbaycanlını Ermənistana qaytamaq istədiyini iddia edir. Bu fonda digər eks-prezidentlər Levon Ter-Petrosyan və  Serj Sarkisyan, eləcə də iş adamı, baş nazir olmaq istəyən "Güclü Ermənistan" blokunun lideri Samvel Karapetyan da Paşinyana inamı sarsıtmaq üçün kəskin hücuma keçiblər.

7 iyun seçkiləri öncəsi Ermənistan siyasətində qəribə bir birlik yaranıb: illərlə bir-birinə düşmən olan siyasətçilər indi Paşinyan əleyhinə eyni cəbhədə dayanırlar.

Ermənistan siyasətində aktivləşən revanşistlər cəmiyyətə “azərbaycanlı” sözünü siyasi qorxu filmi kimi təqdim edirlər. Elə bil ölkədə iqtisadiyyat, korrupsiya, miqrasiya problemləri yox, yalnız “azərbaycanlı təhlükəsi” var. Revanşistlər “türk gəlir!” siqnalı ilə ermənilər arasında qorxu toxumu səpirlər.

Nikol Paşinyan isə rəqiblərinin cəfəng iddialar yaydıqlarını deyib. O seçicilərə səslənib:

"Yenə yalan, yenə axmaq təxribat... guya biz Ermənistana 300 min azərbaycanlı gətirməyə hazırlaşırıq. Təsəvvür edin: bu videonun TikTok, Facebook, Instagram və televiziyada reklamına 85 min dollar xərclənib, ümumi xərclər isə 200-300 min dollara çatır.

Amma... Ermənistan tarixində ilk dəfə olaraq, 2025-ci ildə ölkədən mühacirət dayandı. Repatriasiya prosesi başladı. Ermənilər Ermənistana qayıdırlar.

Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Köçəryan - bu üçbaşlı mafiya, bu müharibə partiyası... Onlar 30 il ərzində xalqımızın gələcəyini yeyiblər, xalqımızın həyatını məhv ediblər.

2026-cı il 7 iyunda siz seçki məntəqələrinə gedəcəksiniz və bu paslı mismarla həmin mafiyanı tarixinin rüsvayçılıq dirəyinə son dəfə mıxlayacaqsınız”.

Dorudan da əsl ironiyadır: Ermənistanı illərlə idarə etmiş adamlar indi ölkənin vəziyyətindən şikayət edirlər.

Bu arada Robert Köçəryanla bağlı da məşhur iddia - illərdir müxtəlif dairələrdə dolaşan söz-söhbət yenidən gündəmə gəlib. Söhbət “Köçəryanın azərbaycanlı kökü” məsələsindən gedir.

Robert Köçəryanın bioloji atasının azərbaycanlı olması barədə deyilənlər sosial şəbəkələrdə də müzakirə olunumaqdadır.

Burada ən böyük paradoks budur: Paşinyanı “türk agenti” adlandıran düşərgənin öz lideri haqqında da illərdir oxşar etnik şayiələr dolaşır. Ermənistan siyasəti artıq ideoloji mübarizədən çox, DNT laboratoriyasına bənzəməyə başlayıb. Sabah biri çıxıb siyasətçilərdən soy-kök arayışı tələb etsə, təəccüblənən olmayacaq.

Əslində bu hekayə Ermənistan siyasətinin psixoloji portretidir. Kiminsə “türkə oxşaması”, “türkə işləməsi” və ya “türkə salam verməsi” siyasi silaha çevrilib.

Robert Köçəryanın çıxışlarına baxanda belə təəssürat yaranır ki, Ermənistanda bütün problemlərin müəllifi Nikol Paşinyandır, özü isə müqəddəs siyasi monastırdan yeni çıxmış günahsız rahibdir. Halbuki Ermənistan xalqı çox yaxşı xatırlayır: oliqarxiya, korrupsiya, repressiya və klan sistemi məhz Köçəryan-Sarkisyan dövrünün “vizit kartı” idi.

Ermənistan seçkisinə baxanda bir həqiqət açıq görünür: ölkədə siyasi ideyalar tükənib, emosional manipulyasiya isə pik həddə çatıb. Kim daha çox qorxu yaradırsa, özünü daha böyük vətənpərvər kimi təqdim edir.

“Köçəryanın azərbaycanlı kökü” məsləsindən söz düşmüşkən, yəqin ki, bəziləri söhbətin nədən getdiyi barədə məlumatlıdırlar. Aşağıda bu məsləyə geniş toxunacağıq.

İddia ötən il hətta Ermənistan parlamentində belə müzakirə mövzusu olmuşdu. Ötən ilin elə bu ayında Ermənistan parlamentində Robert Köçəryanın deputat oğlu Levon Köçəryanın baş nazir Nikol Paşinyan haqda aşağılayıcı ifadələr işlətməsi vitse-spiker Akop Arşakyanı hiddətləndirmiş və ona atasının kimdən törədiyini xatırlatmışdı:

“Camaat Robert Köçəryanın atasının azərbaycanlı olduğunu deyir, lakin biz bunu parlamentin tribunasından səsləndirmirik”, - deyə Arşakyan “Xocalı qatili” haqqında atmaca səsləndirmişdi.

Qeyd edək ki, Robert Köçəryanın əsl atasının azərbaycanlı olması ilə bağlı iddialar lap çoxdan yayılıb. Bu haqda əvvəllər həm Ermənistan, həm də Rusiya KİV-lərində, eləcə də sosial şəbəkələrdə müxtəlif informasiyalar ictimailəşdirilib.

Azərbaycanlı jurnalist Qalib Arifin 2021-ci ilin iyununda dərc etdirdiyi yazıda aşağıdakılar qeyd edilib:

“Robert Köçəryasnın anası erməni olsa da, əsl atası azərbaycanlıdır. Yeri gəlmişkən, bəzi erməni saytları bunu çoxdan yazır. Bu əhvalatı köhnə Daşkəsən əhli hamısı bilir, mən də onların dilindən danışıram...

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qadın olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyətcə azərbaycanlı, əslən gəncəlidir) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci idə ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib...

Qərəz, Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Köçəryan olur. Gələcək Ermənistan prezidenti bu erməninin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var, deyirlər. Məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azərbaycanlı) əvvəl gənc müəllimə Emma Ohanyanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, Maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar indi də sağdır və bir şəklin iki surəti kimi Robertə oxşayırlar.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 88-89-cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Qarabağa, Xankəndinə gedir. Burda Robert Köçəryana yeni həyat dastanı yazılır...”.

İddialara görə, jurnalist Qalib Arifin bəhs etdiyi Maarif müdiri Məmməd Məcidov (Robert Köçəryanın əsl atası), Daşkəsən Rayon Partiya Komitəsinin 2-ci katibi isə Əli Süleymanov olub. Onlar Robertin anası Emma Ohanyanın həyatına daxil olan ilk kişilər hesab olunurlar. Robert Köçəryanın sənədlərdə adı keçən "atası" Sedrak Köçəryan isə Emma Ohanyana onlardan sonra qovuşub.

O da söylənilir ki,  azərbaycanlılara qarşı nifrətlə dolub-daşan, Xocalı soyqırımı kimi vəhşiliyin təşkilatçılarından olan Robert Köçəryanın travması anası ilə bağlı hadisələrdən qaynaqlanır.

Mənbə: Modern.az

Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

12:38 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sabah Azərbaycanda rekord isti gözlənilir - 41 dərəcə 

72

0
Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

12:30 / 27 İyul 2026

HÜQUQ HÜQUQ

Oğurluq və soyğunçuluq arasındakı fərq nədir? - Vəkil 500 manatlıq həddi izah etdi  

57

0
DYP-dən hava ilə bağlı xəbərdarlıq  

12:29 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

DYP-dən hava ilə bağlı xəbərdarlıq  

65

0
Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

12:25 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 

65

0
Bakıda obyekt yanır 

12:21 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakıda obyekt yanır 

61

0
Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

12:15 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Şəxsi telefondan və avtomobildən iş üçün istifadə edənlərə ödəniş edilməlidirmi? – EKSPERT AÇIQLAMASI  

68

0
Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

11:55 / 27 İyul 2026

SİYASƏT SİYASƏT

Ermənistandakı "Zəngəzur təhlükəsi" bəyanatlarına REAKSİYA: "Prosesin qarşısını ala bilməzlər"  

75

0
Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

11:52 / 27 İyul 2026

KRİMİNAL KRİMİNAL

Bakı çimərliklərində təhlükə iddiası: azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır

70

0
Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

11:35 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Buraxılış imtahanı nəticələrinə görə ən uğurlu və ən zəif BÖLGƏLƏR 

61

0
Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

11:35 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycanda yeni İnstitut yaradılır: Yerli ekosistemin hansı boşluğu dolacaq? – ÖZƏL  

85

0
Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

11:14 / 27 İyul 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan və Pakistan arasında peşə təhsili əməkdaşlığı genişlənir: Əmək bazarının tələblərinə uyğun hansı islahatlar aparılmalıdır? – ÖZƏL  

81

0
Dövlətin borcu 7 faiz azalıb 

11:10 / 27 İyul 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Dövlətin borcu 7 faiz azalıb 

67

0