Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
15.05.2026, 11:37
Təhsil müəssisələrində həm şagirdlərə qarşı kobud davranışların, həm də müəllim nüfuzuna xələl gətirən halların artması ciddi narahatlıq doğurur.
Bir sıra ölkələrdə müəllim və şagird hüquqlarını qorumaq məqsədilə inzibati məsuliyyət tədbirləri tətbiq edilir. Bu baxımdan, müəllimə qarşı təhqir, təzyiq və hörmətsizlik edən şəxslərə cərimələrin tətbiqi məsələsi ölkəmizdə də müzakirə mövzularından birinə çevirlib.
Oxu24.com xəbər verir ki,təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, müəllimlərə qarşı hörmətsizlik xoşagələn hal deyil:
“Son zamanlar şagirdlər arasında aqressiya meyllərinin artdığı müşahidə olunur. Bu hal dünyanın bir çox ölkələrində də qeydə alınır. Artıq bəzi dövlətlərdə bununla bağlı cərimələr tətbiq edilməyə başlanıb. Yaxın vaxtlarda Qazaxıstanda müəllimlərə hörmətsizlik edən şagirdlərin cərimələnməsini nəzərdə tutan yeni qaydalar qüvvəyə minib. Hesab edirəm ki, ölkəmizdə də bu istiqamətdə müəyyən qaydalar tətbiq olunmalıdır. Müəllimə qarşı fiziki və ya psixoloji zorakılıq edən şəxslərə qarşı cərimə tədbirləri görülməlidir”.
Həmsöhbətimiz hesab edir ki, problemlərin əsas səbəbi düzgün ünsiyyətin qurulmamasıdır. Onun fikrincə, davranış qaydalarında sağlam və qarşılıqlı hörmətə əsaslanan ünsiyyətə üstünlük verilməlidir:
“Düzdür, hər problemi yalnız cərimə yolu ilə həll etmək mümkün deyil. Bəzən görürük ki, şəxs dəfələrlə cərimələnsə belə, eyni hərəkəti yenidən təkrarlayır. Buna görə də cərimə əsas həll yolu hesab olunmamalıdır. Mövcud vəziyyətdən çıxmaq üçün müəyyən qaydalara əməl edilməli, eyni zamanda kişi müəllimlərin təhsil sahəsinə cəlbi artırılmalıdır”.
19:57 / 11 Noyabr 2026
28
19:49 / 11 Noyabr 2026
40
19:43 / 11 Noyabr 2026
50
19:33 / 11 Noyabr 2026
56
19:19 / 11 Noyabr 2026
112
19:07 / 11 Noyabr 2026
87
18:42 / 11 Noyabr 2026
376
18:39 / 11 Noyabr 2026
175
18:35 / 11 Noyabr 2026
151
18:30 / 11 Noyabr 2026
176
18:29 / 11 Noyabr 2026
195
18:23 / 11 Noyabr 2026
130
18:17 / 11 Noyabr 2026
197
18:13 / 11 Noyabr 2026
153
18:06 / 11 Noyabr 2026
695
18:01 / 11 Noyabr 2026
112
17:42 / 11 Noyabr 2026
308
17:40 / 11 Noyabr 2026
193
17:35 / 11 Noyabr 2026
450
17:16 / 11 Noyabr 2026
119
17:13 / 11 Noyabr 2026
261
17:12 / 11 Noyabr 2026
118
16:35 / 11 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.