Avtomobilin dövlət nömrə nişanlarından biri itərsə, tək nömrə ilə sürmək olarmı? – Sürücülərə vacib xəbərdarlıq
11 Noyabr 2026, 19:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1429
14.05.2026, 20:49
Azərbaycanda pensiyaçıları ən çox maraqlandıran məsələlərdən biri də il ərzində ödənişlərin yenidən artırılıb-artırılmayacağı ilə bağlıdır. Cari ilin fevral ayında həyata keçirilən 9.3 faizlik ümumi indeksasiyadan sonra, vətəndaşlar ilin ikinci yarısında növbəti artımların olub-olmayacağını yaxından izləyir. Qanunvericiliyin tələbləri və mövcud iqtisadi mexanizmlər fonunda bu suala aydınlıq gətirmək, həmçinin fərdi artım imkanlarını nəzərdən keçirmək böyük əhəmiyyət kəsb edir.
Oxu24.com xəbər verir ki, demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələdə səlahiyyət həm Milli Məclisə, həm Nazirlər Kabinetinə, həm də prezident fərmanlarına aid olan qərar mexanizmlərinə bağlıdır:
“Yəni təqaüdlərin artırılması ilə bağlı qərarlar məhz dövlətin maliyyə və sosial siyasəti çərçivəsində formalaşdırılır və yekun qərar həmin qurumların səlahiyyətində olur. Bir məsələ isə demək olar ki, dəqiqdir. Gözləntilərə əsasən, iyun ayının əvvəlində dövlət büdcəsinə əlavələr və dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Bu da hər il müəyyən iqtisadi göstəricilər, gəlirlər və sosial xərclər nəzərə alınaraq həyata keçirilən proseslərdən biridir. Hazırda belə bir ehtimal kifayət qədər yüksək qiymətləndirilir. Əgər büdcəyə ediləcək həmin əlavələr və dəyişikliklər zamanı sosial sahəyə, xüsusilə də təqaüdlərlə bağlı əlavə vəsait ayrılması barədə qərar qəbul olunarsa, o zaman ilin ikinci yarısında təqaüdlərin yenidən artırılması mümkün ola bilər. Yəni burada əsas məqam dövlət büdcəsinə yenidən baxılması və sosial istiqamətdə hansı qərarların veriləcəyidir. Nəticə etibarilə, təqaüdlərin artırılıb-artırılmaması parlamentdə büdcə müzakirələri zamanı qəbul ediləcək qərarlardan, eləcə də dövlətin maliyyə imkanları və sosial siyasət prioritetlərindən birbaşa asılı olacaq.”
19:57 / 11 Noyabr 2026
43
19:49 / 11 Noyabr 2026
47
19:43 / 11 Noyabr 2026
55
19:33 / 11 Noyabr 2026
63
19:19 / 11 Noyabr 2026
118
19:07 / 11 Noyabr 2026
89
18:42 / 11 Noyabr 2026
383
18:39 / 11 Noyabr 2026
181
18:35 / 11 Noyabr 2026
155
18:30 / 11 Noyabr 2026
180
18:29 / 11 Noyabr 2026
200
18:23 / 11 Noyabr 2026
132
18:17 / 11 Noyabr 2026
201
18:13 / 11 Noyabr 2026
158
18:06 / 11 Noyabr 2026
709
18:01 / 11 Noyabr 2026
112
17:42 / 11 Noyabr 2026
318
17:40 / 11 Noyabr 2026
198
17:35 / 11 Noyabr 2026
457
17:16 / 11 Noyabr 2026
119
17:13 / 11 Noyabr 2026
262
17:12 / 11 Noyabr 2026
118
16:35 / 11 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.