Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazirdən daha bir QƏRAR 

Baş nazirdən daha bir QƏRAR 

CƏMİYYƏT

62

14.05.2026, 19:14

Nazirləb Kabineti "Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Oxu24.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərar Azərbaycanın "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulduğu gündən qüvvəyə minir.

Qaydalar "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən hazırlanıb və emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və "Emal edilməmiş almazların ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydalarını müəyyən edir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Qaydalarda göstərilən sahələr üzrə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Emal edilməmiş almazların idxalı və ixracı Agentliyin rəyi alınmaqla həyata keçirilir.

Emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə üzv olan dövlətlərdən həyata keçirilə bilər.