Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
11 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
710
14.05.2026, 15:32
Oxu24.com xəbər verir ki, ali təhsil müəssisələrinə müsabiqəsiz, yəni imtahan vermədən qəbul olunma qaydaları hər il ictimaiyyətə təqdim olunur. Bu qaydalar beynəlxalq və respublika səviyyəli uğurları olan gənclər üçün böyük imtiyazlar yaradır.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Oxu24.com-a açıqlama verib.
Ekspert bildirib ki, rəsmi məlumatlarda bu imtiyazdan faydalanmaq üçün irəli sürülən tələblər və uğur qazanması vacib olan müsabiqələrin siyahısı tam şəkildə əks olunur:
“Biz burada təkcə beynəlxalq olimpiadalar və respublika fənn olimpiadalarının qaliblərini deyil, həm də bir sıra idman yarışları və musiqi festivallarının qaliblərini nəzərdə tuturuq. Həmin siyahı ilə tanış olsanız, orada hansısa detalın unudulmadığını görə bilərsiniz”.
“Beynəlxalq təcrübədə bir çox ölkəni qabaqlayırıq"
Elmin Nuri qeyd edib ki, hazırkı siyahı kifayət qədər mükəmməldir və bütün zəruri qrupları əhatə edir:
“Düşünürəm ki, universitetlərə imtahansız qəbul üçün hansı qruplara şans verilməlidirsə, elə onların hamısı burada əksini tapıb, heç bir detal unudulmayıb. Qeyd edim ki, beynəlxalq təcrübəyə nəzər salsaq, ali təhsil müəssisələrinə qəbul güzəştlərində biz bir çox ölkələri qabaqlayırıq”.
Siyahının gələcəkdə genişlənib-genişlənməyəcəyi barədə suala cavab verən ekspert, hazırkı vəziyyətin yüksək səmərəliliyini vurğulayıb:
“Gələcəkdə hansı dəyişiklik olacaq, ya olmayacaq – bunu deyə bilmərik, amma hazırkı imtiyazlı siyahı özünün kifayət qədər məhsuldarlığı ilə seçilir”.
Qeyd edək ki, hazırkı qaydalara əsasən, beynəlxalq fənn olimpiadalarında medal qazananlar, həmçinin respublika fənn olimpiadalarının qalibləri müvafiq ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər.
Çimnaz Telmanqızı
20:28 / 11 Noyabr 2026
8
20:22 / 11 Noyabr 2026
53
20:19 / 11 Noyabr 2026
39
20:08 / 11 Noyabr 2026
50
19:57 / 11 Noyabr 2026
202
19:49 / 11 Noyabr 2026
77
19:43 / 11 Noyabr 2026
69
19:33 / 11 Noyabr 2026
91
19:19 / 11 Noyabr 2026
141
19:07 / 11 Noyabr 2026
100
18:42 / 11 Noyabr 2026
419
18:39 / 11 Noyabr 2026
204
18:35 / 11 Noyabr 2026
167
18:30 / 11 Noyabr 2026
194
18:29 / 11 Noyabr 2026
214
18:23 / 11 Noyabr 2026
138
18:17 / 11 Noyabr 2026
215
18:13 / 11 Noyabr 2026
168
18:06 / 11 Noyabr 2026
761
18:01 / 11 Noyabr 2026
117
17:42 / 11 Noyabr 2026
341
17:40 / 11 Noyabr 2026
208
17:35 / 11 Noyabr 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.