Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?
11 Noyabr 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
523
14.05.2026, 13:30
Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.
Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
DİM sədri qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır: "Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".
O həmçinin bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur: “Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".
Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb: "Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".
20:28 / 11 Noyabr 2026
38
20:22 / 11 Noyabr 2026
62
20:19 / 11 Noyabr 2026
48
20:08 / 11 Noyabr 2026
55
19:57 / 11 Noyabr 2026
268
19:49 / 11 Noyabr 2026
83
19:43 / 11 Noyabr 2026
73
19:33 / 11 Noyabr 2026
92
19:19 / 11 Noyabr 2026
148
19:07 / 11 Noyabr 2026
101
18:42 / 11 Noyabr 2026
429
18:39 / 11 Noyabr 2026
210
18:35 / 11 Noyabr 2026
170
18:30 / 11 Noyabr 2026
200
18:29 / 11 Noyabr 2026
223
18:23 / 11 Noyabr 2026
140
18:17 / 11 Noyabr 2026
218
18:13 / 11 Noyabr 2026
173
18:06 / 11 Noyabr 2026
773
18:01 / 11 Noyabr 2026
118
17:42 / 11 Noyabr 2026
354
17:40 / 11 Noyabr 2026
212
17:35 / 11 Noyabr 2026
532
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.