Səhər saatlarında zəlzələ oldu
10 İyun 2026, 09:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
14.05.2026, 13:27
May ayının 27-28-i Azərbaycanda rəsmi olaraq, Qurban bayramı qeyd ediləcək. Bayramla əlaqədar əhalinin müəyyən hissəsi qurbanlar kəsir, paylayır. Lakin bəzi insanların maddi imkanı buna icazə vermir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı fikirlərini ilahiyyatçı Ağa Hacıbəyli Ajans.az-a danışıb.
O bildirib ki, borcla qurban kəsmək doğru deyil. Borcla qurban kəsməyin istisna halı var. Əgər bir insanın borcu olsa da, imkanlıdırsa və borcunu ödəyə biləcək real qabiliyyəti varsa, belə insanlar borcla qurban kəsə bilərlər. Bu, istisna hal sayılır. Amma əgər insanın borcu çoxdursa və xərcləri borcdan artıqdırsa, gedib qurban kəsmək üçün yenidən borclanması doğru deyil. Bu, ailəsini böyük yük altına salır və belə insanlara şəri və hüquqi baxımdan qurban kəsmək caiz deyil. Lakin həmin şəxs bayramın mənəvi tərəfini yaşamalı, ibadətlər etməli və şükür etməlidir.
Ağa Hacıbəyli deyib ki, qurban əti paylayarkən də bəzi səhvlərə yol verilir. Qurban əti əsasən üç hissəyə bölünməlidir: bir hissəsi ailəyə, bir hissəsi qonşulara, bir hissəsi isə ehtiyacı olanlara verilməlidir. Səhvlərdən biri odur ki, insan qurban kəsir, amma onu paylamır. Digər bir hal isə qurban ətinin daha çox imkanlı insanlara verilməsidir. Bəzən də insanlar qurban kəsir, amma ehtiyacı olanlar unudulur. Halbuki Qurani-Kərimdə buyurulur ki, kəsilən qurbanın nə əti, nə də qanı Allaha çatır, Ona çatan yalnız sizin təqvanızdır. Bu da göstərir ki, qurban Allaha yaxınlaşmaqla yanaşı, insanlara da yaxınlaşmaq vasitəsidir.
Qurban kəsmək imkanı olmayan şəxs nə etməlidir?
“Belə insan şükür etməli, dua etməli və Allahdan gələcəkdə qurban kəsməyi nəsib etməsini istəməlidir.”
Qurban kəsmək hamıya vacibdirmi?
“Ümumilikdə, qurban kəsmək əsasən həcc ziyarətində olanlara vacib sayılır. Digər müsəlmanlar isə bunu bir ibadət və ənənə olaraq yerinə yetirirlər. Peyğəmbərimiz buyurur ki, imkanı olub qurban kəsməyənlər bizim namazgahımıza yaxınlaşmasın. Bu hədis göstərir ki, imkanı olan insanlar qurban kəsməli və cəmiyyətdə ehtiyacı olanları sevindirməlidirlər.”
İlahiyyatçının sözlərinə görə, qurbanlıq heyvan seçərkən də bəzi dini qaydalar pozulur. Ən çox yol verilən səhvlərdən biri heyvanın yaşına diqqət edilməməsidir. Qoyun və keçilər ən azı bir yaşında olmalıdır. Bəzən heyvanın cüssəsi bir yaşlı heyvana uyğun olarsa, bu da qəbul edilir. İri heyvanlar isə, məsələn, inək və ya camış, ən azı iki yaşını tamamlamalıdır. Onların yaşı adətən dişlərinə baxılaraq müəyyən edilir.
Digər qayda isə heyvanın sağlamlığı ilə bağlıdır. Qurbanlıq heyvan sağlam olmalı, kor, şikəst, çox arıq olmamalı, qulaqları və digər üzvləri ciddi zədələnmiş olmamalıdır. Heyvanın görünüşü yaxşı, baxımlı olmalıdır. Çünki insan Allaha ən gözəlini təqdim etməlidir.
Allah bütün qurbanları qəbul etsin.
09:45 / 10 İyun 2026
12
09:43 / 10 İyun 2026
19
09:42 / 10 İyun 2026
19
09:40 / 10 İyun 2026
31
09:39 / 10 İyun 2026
26
01:04 / 10 İyun 2026
283
00:24 / 10 İyun 2026
331
00:01 / 10 İyun 2026
209
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
297
23:26 / 09 İyun 2026
154
23:23 / 09 İyun 2026
144
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
195
22:59 / 09 İyun 2026
300
22:52 / 09 İyun 2026
545
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
139
21:47 / 09 İyun 2026
150
21:29 / 09 İyun 2026
182
21:23 / 09 İyun 2026
129
21:11 / 09 İyun 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.