TƏCİLİ! Baş nazir QƏRAR İMZALADI: Maaşlar artırıldı - Məbləğ
06 May 2026, 21:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
229
06.05.2026, 19:54
Yaz mövsümündə havaların gözləniləndən daha sərin keçməsi cəmiyyətdə yay aylarının necə olacağı ilə bağlı suallar yaradır. Temperatur balansının pozulması və qeyri-sabit hava şəraiti iqlim dəyişikliklərinin təsirlərini daha qabarıq göstərir. Xüsusilə yaz aylarında soyuq hava kütlələrinin aktivliyi diqqət çəkən amillərdən biridir. Bunun fonunda belə bir sual aktuallaşır ki, yazın sərin keçməsi yayda kəskin istilərin olacağı ehtimalını artırır?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a havaların bu cür sərin keçməsi yaz mövsümünə müəyyən qədər uyğundur, müəyyən qədər isə uyğun olmadığını bildirib.
"Çünki hava bəzən həddindən artıq sərin və soyuq olur. İsti günlərin sayı olduqca azdır. Bu isə iqlimdə baş verən dəyişikliklər, Arktik hava kütlələrinin və siklonların daxil olması ilə bağlıdır. Hətta qonşu Türkiyənin bəzi regionlarında qar yağıb. Bu da havanın kəskin soyumasının göstəricisidir və yaz fəslinə tam uyğun deyil".
Həmçinin oxuyun
Ekoloq deyib ki, vəziyyətin belə davam etməsi, yayda isti günlərin sayının artmasına səbəb olacaq:
"Çünki yağıntının çox olması və rütubətin artması nəticədə havanın daha isti keçməsinə təsir göstərən amillərdəndir. Bu isə isti günlərin sayını artıraraq istiləşmə prosesinin bir qədər uzanmasına gətirib çıxara bilər. Onsuz da son dövrlərdə ölkədə istiləşmə günlərinin sayı xeyli artıb. Buna görə də bu ilin də isti keçən yaylardan biri olacağı gözlənilir", - deyə o qeyd edib.
21:41 / 06 May 2026
11
21:29 / 06 May 2026
19
21:08 / 06 May 2026
31
20:58 / 06 May 2026
53
20:46 / 06 May 2026
134
20:35 / 06 May 2026
169
20:25 / 06 May 2026
135
20:16 / 06 May 2026
204
20:05 / 06 May 2026
90
19:33 / 06 May 2026
67
19:20 / 06 May 2026
199
19:08 / 06 May 2026
80
18:54 / 06 May 2026
82
18:45 / 06 May 2026
248
18:33 / 06 May 2026
329
18:15 / 06 May 2026
228
17:25 / 06 May 2026
72
17:18 / 06 May 2026
88
16:59 / 06 May 2026
99
16:55 / 06 May 2026
181
16:45 / 06 May 2026
1042
16:38 / 06 May 2026
269
16:34 / 06 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.