6 ildir mənzillərinə çıxarış ala bilmirlər – ŞİKAYƏT - VİDEO
05 Sentyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1239
07.05.2026, 11:34
86 yaşlı qadın iddia edir ki, "Lux Residence" tikinti şirkəti onu evindən çıxarmağa çalışıb.
Oxu24.com xəbər verir ki,Ajans.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər, Yasamal rayonu İ. Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızını yaşadığı evdən məcburi şəkildə çıxarmağa çalışıb.
Sakin iddia edir ki, ərazinin və binanın satılmasından sonra “LUX RESIDENCE” tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib. Bildirilib ki, əvvəlcə sakini məcburi şəkildə evindən çıxarmağa cəhd olunub, etiraz etdikdən sonra isə məsələ məhkəməyə daşınıb.
Şikayətçinin sözlərinə görə, ona məxsus mənzilin sahəsi qanun üzrə 76 kvadrat metr olsa da, ilkin mərhələdə sənədlərdə bu göstərici 55 kvadrat metr kimi təqdim edilib. Digər sakinlərlə əldə olunan razılaşmaya əsasən, hər kvadrat metr üçün 4000–5000 manat məbləğində ödəniş təklif olunduğu halda, ona daha aşağı məbləğ təklif edildiyi bildirilir.
Məhkəmə prosesində mənzilin sahəsinin 76 kvadrat metr olduğu təsdiqlənsə də, hər kvadrat metr üçün ödənişin 2000 manat müəyyən edildiyi qeyd olunur. Sakin bu qərarla razılaşmadığını və hüquqlarının pozulduğunu iddia edir.
Şikayətçi Piruzə İbrahimova, bununla bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edib.
Məsələ ilə bağlı “Lux Residence” şirkətinin hüquqşünası Saleh İskəndərov Ajans.az-a açıqlama verib.
Saleh İskəndərov şikayətçi Piruzə İbrahimovanın bütün şikayətlərinə aydınlıq gətirib.
O bildirib ki, Piruzə İbrahimovaya kompensasiya təklif edilib. Lakin razılıq əldə edilmədiyi üçün qarşı tərəf məhkəməyə müraciət etmiş və müstəqil ekspertiza aparılmışdır. Ekspertizanın rəyi də bazar dəyərinə uyğun hesablanmışdır.
Hüquqşünas Saleh İskəndərov problemin həlli üçün atılan addımlardan da danışıb.
“Piruzə İbrahimovaya 76 kvm sahəsində təmirli mənzil təklif edilmişdir. Mənzil sakinə təhvil verilənə qədər isə, aylıq 600 manatlıq kirayə haqqı da veriləcəyi bildirilmişdir. Lakin Piruzə xanım mənzil deyil, pul kompensasiyasını istədiyi üçün bazar dəyərində də artığı təklif edilib. Hazırda da Piruzə xanımla danışıqlar aparılır. Biz, hər zaman razılığa gəlməyə və istənilən şikayətləri aradan qaldırmağa hazırıq. “
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.