“Apple”dən sürpriz: Yeni “iPhone” gəlir
06 May 2026, 20:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
189
06.05.2026, 19:20
Sosial şəbəkələrdə yayılan bir dəniz videosu geniş marağa səbəb olub. Kadrlarda dəniz dalğalarının qeyri-adi şəkildə kvadrat forması alması müşahidə edilir. Bu görüntü bir çox istifadəçi tərəfindən təəccüblə qarşılanıb. Bəzi paylaşımlarda isə iddia olunur ki, belə dalğalar zəlzələ və ya digər təbii fəlakətlərin xəbərçisi ola bilər. Lakin mütəxəssislər bu cür hadisələrin adətən atmosfer və külək şəraitinin dəyişməsi nəticəsində yarandığını bildirir və bunun fövqəltəbii və ya fəlakət göstəricisi kimi qiymətləndirilməsinin elmi əsası olmadığını vurğulayırlar.
Oxu24.com mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Ənvər Əliyev bildirdi ki, bu barədə elmə məlum olan bir səbəb bilmir:
Həmçinin oxuyun
"Əlimdə belə bir məlumat yoxdur. Əgər bu cür halda zəlzələlər olubsa, halbuki orada “zəlzələ” deyilmir, 4 baldan aşağı olan titrəyişlər adətən kiçik seysmik hərəkətlər kimi qiymətləndirilir, bu səviyyədə hadisələrin böyük təsir göstərməsi ehtimalı azdır. Mənə elə gəlir ki, bu, başqa səbəblərdən də qaynaqlana bilər. Ola bilsin ki, səbəb tamamilə fərqlidir. Doğrusu, bu mövzuda tədqiqat aparmamışam və elmi mənbələrdə də bu barədə aydın məlumatlara rast gəlməmişəm. Ona görə də bu barədə dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Ümumi olaraq götürsək, Xəzər dənizində zəlzələlərin baş verməsi və bunun hər hansı formada heyvanat aləminə təsiri mümkündür. Keçmişdə bəzi hallarda zəhərli qazların və ya təbii proseslərin müəyyən canlı qruplarına təsir göstərdiyi barədə məlumatlar olub. Bunu dəqiqləşdirmək olar. Eyni zamanda, ehtimal etmək olar ki, dənizin üst qatlarında yaranan kiçik seysmik dəyişikliklər dalğalanmalara müəyyən təsir göstərə bilər. Amma bu barədə qəti fikir söyləmək mümkün deyil. Hətta nəzəri olaraq bu hadisənin süni intellekt və ya texnoloji təsir nəticəsində olması ehtimalı da irəli sürülə bilər, amma bu da yalnız ehtimal səviyyəsində qalır və elmi əsas olmadan qəti nəticə çıxarmaq düzgün olmaz".
21:08 / 06 May 2026
1
20:58 / 06 May 2026
41
20:46 / 06 May 2026
120
20:35 / 06 May 2026
152
20:25 / 06 May 2026
124
20:16 / 06 May 2026
185
20:05 / 06 May 2026
77
19:54 / 06 May 2026
203
19:33 / 06 May 2026
62
19:08 / 06 May 2026
75
18:54 / 06 May 2026
76
18:45 / 06 May 2026
238
18:33 / 06 May 2026
312
18:15 / 06 May 2026
218
17:25 / 06 May 2026
68
17:18 / 06 May 2026
85
16:59 / 06 May 2026
95
16:55 / 06 May 2026
177
16:45 / 06 May 2026
970
16:38 / 06 May 2026
248
16:34 / 06 May 2026
95
16:19 / 06 May 2026
203
16:12 / 06 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.