Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
806
01.05.2026, 15:37
29 aprel 2026-cı il tarixində Almatı şəhərindəki "Auezov Evi" Elmi-Mədəni Mərkəzində görkəmli bəstəkar, dirijor, musiqi dünyasının ilk akademiki və Qazaxıstan SSR Elmlər Akademiyasının yaradıcılarından biri Axmet Jubanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş "Axmet Jubanov və müasir musiqişünaslıq elmi" mövzusunda beynəlxalq elmi-praktik konfrans baş tutub.
Tədbir M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən Türk Mədəniyyəti və İrsi Fondu, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi , Mədəniyyət və İnformasiya Nazirliyi , Qazaxıstan Respublikası Prezidenti yanında Milli Elmlər Akademiyası, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dəstəyi ilə həyata keçirilib.
Konfrans həm elmi, həm də mədəni dairələrin geniş nümayəndə heyətini bir araya gətirib. Konfransın rəsmi açılış hissəsində Qazaxıstanın dövlət rəsmilərinin təbrik məktubları səsləndirilib. Qazaxıstan Respublikası Baş nazirinin müavini, Mədəniyyət və İnformasiya naziri Aida Balayeva, Elm və Ali Təhsil naziri Sayasat Nurbek, eləcə də Milli Elmlər Akademiyasının prezidenti Akılbek Kurişbayev konfrans iştirakçılarına öz müraciətlərini ünvanlayıblar.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova fəxri qonaq qismində çıxış edərək, bəstəkarın irsini təkcə qazax xalqının deyil, bütün türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirib. Fondun prezidenti, özünün də Qazaxıstanın görkəmli bəstəkarı Qazizə Jubanovanın tələbəsi olmaqdan qürur duyduğunu və bu ustad-şagird bağlılığının onun yaradıcılıq yolunda kompass olduğunu vurğulayıb. O, Axmet Jubanovun qazax peşəkar musiqisinin təməlini qoymaqla yanaşı, türk xalqlarının mədəni varisliyini dərindən hiss edən və bu ortaq yaddaşı gələcək nəsillərə ötürən dahi bir şəxsiyyət olduğunu qeyd edib.
Plenar iclas çərçivəsində Axmet Jubanovun elmi və bəstəkarlıq fəaliyyətinə dair müxtəlif məruzələr dinlənilib, həmçinin alimin irsinə həsr olunmuş yeni kitabların təqdimatı keçirilib.
«Өскен өнер» adlı xüsusi konsert proqramı ilə davam edən tədbirdə sənətkarın "Abay" operasından ariyalar və digər klassik əsərlər ifa olunub.
Beynəlxalq konfransda Azərbaycan, Qırğızıstan, Özbəkistandan və Rusiyadan olan mütəxəssislərin iştirakı, Jubanov irsinin müasir sənətşünaslıqdakı rolunun geniş coğrafiyada müzakirəsinə imkan yaradıb.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.